Redaktor seçimi
    “Nikol Paşinyan xarici siyasət kursunu dəyişir...” “MEYDAN” (“QRAPARAK”) BELƏ YAZIR
Xəbər lenti
Reklam
“Ermənilərin Qarabağdakı vandalizmi sənədləşdirilməlidir” — Əhməd Dəmircan

Qarabağ bölgəsinin işğal altında qaldığı müddət ərzində ermənilərin orada törətdikləri qanunsuzluq və vandalizm sənədləşdirilərək gələcək nəsillərə ötürülməlidir.

Bunu hazırda Bakıda olan Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Dəmircan “Anadolu” agentliyinə müsahibəsində bəyan edib.

O, hazırkı səfəri çərçivəsində 27 il sonra erməni işğalından azad edilmiş Ağdam şəhərini də ziyarət etdiyini bildirib.
“Təsəvvür edin ki, 100 min nəfər əhalisi olan bir şəhər işğal edilib, 6 min mülki şəxsi qətlə yetirilməklə yanaşı, həm də tamamilə məhv edilib. 27 ildə ermənilər Ağdamda daş üstə daş qoymayıblar, hər yanı dağıdıblar. Biz yolları üstə olan hər şeyi məhv etdiyinə görə İŞİD terrorçularına lənət oxuyuruq. Eyni vandalizmi Ağdamda da gördüm”, - deyə nazir müavini qeyd edib.

Dəmircan Qarabağdakı qələbədən sonra Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin intensivləşdiyini vurğulayıb. O, bildirib ki, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün də böyük imkanlar var.

“Türkiyənin televiziya seriallarının çəkilişində böyük təcrübəsi var. Bunun sübutu filmlərimizin dünyanın 200 ölkəsinə ixracıdır. Təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq”, deyə nazir müavini əlavə edib. \\Demokrat

Tarix: 28 iyun 2021
Baxış: 80

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]