Redaktor seçimi
    Zəngəzur dəhlizi tezliklə açılacaq - PAŞİNYAN BUNA MƏCBURDUR
Xəbər lenti
Reklam
Nursultanda Azərbaycan Ticarət Evi açıldı - Foto

Qazaxıstanın paytaxtı Nursultan şəhərində Azərbaycan Ticarət Evi fəaliyyətə başlayıb.
Bu barədə “Kazinform” agentliyinə istinadən ölkəmizin Qazaxıstandakı səfirliyi özünün “Facebook” səhifəsində məlumat yayıb. Bu addımın iki ölkə arasındakı iqtisadi münasibətlərin möhkəmlənməsinə istiqamətləndiyi bildirilib.
“Bugünki hadisəni bayram tədbiri adlandırmaq olar. Belə ki, mayın 28-də Azərbaycan öz dövlətçiliyinin 103 illiyini qeyd edir. Məhz belə bir əlamətdar gün ərəfəsində biz Azərbaycan Ticarət Evinin açılışını edirik. Bu təşəbbüsün müəllifləri hər iki ölkənin prezidentləridir. Bu, Qazaxıstanda Azərbaycanın ilk və tək Ticarət Evidir. Tezliklə Almatı və Aktauda da filiallar açmağı planlaşdırırıq. Gələcəkdə Qazaxıstanın bütün bölgələrini əhatə etmək niyyətindəyik”, - deyə Azərbaycan Respublikasının Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Rəşad Məmmədov bəyan edib.
Onun sözlərinə görə, obyekt Qazaxstan və Azərbaycan ixracatçılarına yaxşı imkanlar təqdim edəcək. Artıq qazaxstanlılar Azərbaycan məhsullarını birbaşa əldə edə biləcəklər.
Qeyd edək ki, bir müddət əvvəl Bakıda Qazaxıstan Ticarət Evinin açılışı baş tutub./Oxu.az
 
 

Tarix: 25 may 2021
Baxış: 57

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]