Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Məşhurlar İkinci Qarabağ savaşında Azərbaycanı belə dəstəklədi – ADLAR+FİKİRLƏR
Məşhurlar İkinci Qarabağ savaşında Azərbaycanı belə dəstəklədi – ADLAR+FİKİRLƏR

İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqq savaşını dəstəkləyən onlarla məşhur şəxs oldu. Onlar müsahibə və sosial şəbəkələrdəki paylaşımlarında açıq şəkildə Azərbaycana dəstək nümayiş etdirdilər.


Gender.az  maraqla qarşılanacağını nəzərə alaraq həmin məşhurlardan bəzilərinin adlarını təqdim edir:




Meksikanın dünyaca tanınmış kastanyet ifaçısı, prima balerina, xoreoqraf və aktrisa, çoxsaylı ali beynəlxalq mükafatların sahibi və daha öncə iki dəfə Azərbaycanda konsert proqramları ilə çıxış etmiş Sonia Amelio videomüraciət yaymışdı. O, Azərbaycanın dinc əhalisinin yaşadığı faciələrdən dərin narahatlığını ifadə edərək, xalqımıza öz həmrəyliyini çatdırıb, ölkəmizin yaşadığı ağır günlərin tezliklə bitməsini diləyib.




Yeni Zelandiya əsilli Avstraliya və ABŞ kinoaktyoru, rejissor Rassel Krou özünün "İnstagram” səhifəsində "Mən müharibənin əleyhinəyəm, 30 il əvvəl olduğu kimi. Siyasətçilər BMT qətnamələrinin sadəcə bir armud dilimi olmadığını başa düşməlidirlər".




Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo sosial şəbəkə paylaşımında Azərbaycana dəstək olub. 40 yaşlı cənubi amerikalı paylaşdığı videoda erməni terroru üzündən vətənindən qaçqın düşən yüz minlərlə insanın tezliklə öz yurdlarına qayıdacağına inam ifadə edib: "Azərbaycandan olan bütün insanlara salam göndərirəm. Qoy hər kəs salamat evlərinə qayıtsın. Azərbaycanda mən çox gözəl qarşılandım. Tezliklə ora qayıtmaq istəyirəm”.




Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkarSami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna dəstəyini ifadə edib. Sənətçi bununla bağlı "Twitter” səhifəsində paylaşım edib."Düşüncələrim və dualarım Azərbaycanladır”, – S.Yusuf paylaşımda qeyd edib.



 


Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov erməni ordusunun ümidsiz vəziyyətdə olduğunu bildirərək dəfələrlə Azərbaycanın haqlı mövqeyini çatdırıb.


 

 


Bu barədə tanınmış rusiyalı ictimai xadim, jurnalist və teleaparıcı Maksim Şevçenko dəfələrlə Azərbaycanın işğaldakı torpaqlarını azad etməsi yönündə apardığı haqlı, ədalətli mübarizəsini dəstəkləyən fikirlərlə çıxış edib.




Amerikalı jurnalist və analitik İrina Tsukerman Ermənistanın Azərbaycanın mülki əhalisinə və yaşayış sahələrinə hücumunu hərbi cinayət adlandıraraq, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qanunsuz olaraq işğal edidldiyini bildirib.




Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko da dəfələrlə Azərbaycan ordusunun güclü olduğuna diqqət çəkərək, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bildirib.




Fransalı tarixçi Maksim Qauin sosial şəbəkə hesabındakı Ermənistanın iç üzünü açaraq Azərbaycana dəstək nümayiş etdirib: "1994-cü il danışıqları heç bir nəticə vermədi. Azərbaycan İrəvan rejiminin oğurladığını geri qaytarır.”


 


BMT layihələrində Dayanıqlı İnkişaf Məqsədləri üzrəpakistanlı ekspert, Pakistan-Azərbaycan Məzunlar Birliyinin təsisçisi Qaiser Navab: "Şübhəsiz Qarabağ Azərbaycandır….Pakistanlı Gənclər davam edən Qarabağ münaqişəsində Azərbaycana birmənalı şəkildə, hərtərəfli dəstəkləyirlər”.


Banqladeşli jurnalist Marzia Mumu Xocalı soyqırımı, Ermənistanın 2020-ci ilin iyul ayında hərbi təxribatı zamanı evləri dağılmış dinc sakinlərin və şəhid olmuş hərbçilərimizin dəfn mərasimindən ailə üzvlərinin şəklini paylaşıb: "Soyqırım, işğal və təcavüz”




Yapon müğənni  da müharibə dövründə "Facebook" sosial şəbəkəsində Azərbaycana dəstək nümayiş etdirib. "Azərbaycan ərazicə böyük olmasa da, böyük ürəyə sahibdir. Azərbaycanın musiqisinə, mədəniyyətinə aşiqəm. Arzu edirəm ki, Azərbaycana sülh qayıtsın. Yaşa, Yaşa, Azərbaycan!".




İsrailli yazıçı və jurnalist Petr Lyukimson isə sosial şəbəkə hesabından paylaşım edərək Ermənistanla Azərbaycan arasındakı münaqişənin həm qədim, həm müasir tarixindən xəbərdar olmayan heç bir zaman bu regionda olmamış insanların birmənalı şəkildə Ermənistanın tərəfində dayanmalarını pisləyib. O bildirib ki, "Hərbi əməliyyatların Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş, yerli əhalisi qovulmuş əzəli torpaqlarında aparılması faktı onları narahat etmir”. / Sfera.az


Tarix: 07 dekabr 2020
Baxış: 858

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş