Xəbər lenti
Reklam
“Bilməzdim ki, evimdən körpə kimi çıxan oğlum şəhid kimi qayıdacaq” - VİDEO

“25 yaşı olsa da, sözün hər mənasında insanların səsinə səs verməyi bacarırdı”.
Dostları belə deyir...
Şəhid Elnur Allahverdizadə 7 noyabrda Ağdam istiqamətində gedən döyüşlərdə qəlpə yarası alaraq dünyadan köçüb.
Sumqayıtda dünyaya gəlsə də, ailəsi Zəngilandandır. Sentyabrın 28-də öncəbhəyə yollanıb.
Bakı Slavyan Universitetinin məzunu olan Elnur onlarla serialın və filmin səs operatorluğunu edib. Onu kino və serial sahəsində demək olar ki, tanımayan yoxdur. Məhz buna görə Elnur şəhid olan günü sosial şəbəkələr onun yoxluğu ilə bəzənmişdi.
Elnura dəyən qəlpə ailəsinin ürəyindən də yan keçməyib. Valideynləri “MediaPost”a müsahibələrində yaralarına rəğmən torpaqlarımızın işğaldan qurtulmasında oğullarının da əli olmasında sevindiklərini və qürur duyduqlarını bildiriblər.
Video: Turan Cəfərov
Pərviz Hüseyn
 
Tarix: 16 noyabr 2020
Baxış: 494

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş