Redaktor seçimi
    “Səsinizi kəsib oturun!” - Hulusi Kılıçdan SƏRT CAVAB
Xəbər lenti
Reklam
"Kim deyib ki, bir qızın namusunu qorumağın yeganə yolu onun başını örtməkdir?" - Məşhur aparıcıdan şok açıqlama

“Nazirlər Kabinetinin məktəbli forması ilə bağlı qərarından sonra məktəblərdə vahid formaya nəzarətin gücləndirilməsi cəmiyyətdə müzakirələrə səbəb olub. Bu məsələdə hər kəsin öz fikrini bildirmək hüququ var. İstənilən narazılıq hüquqi çərçivədə, sivil şəkildə ifadə olunmalıdır. Dini hisslər də, dövlətin qaydaları da qarşılıqlı hörmət və qanun çərçivəsində müzakirə edilməlidir. Amma, mənim üçün bu məsələnin daha dərin tərəfi var: Biz nə üçün qız uşaqlarının mənəvi dəyərini ilk növbədə başındakı örtüklə ölçməyə başlamışıq?”.
Bunu AzTV-nin məşhur aparıcısı, Əməkdar artist Nailə İslamzadə bildirib.
O qeyd edib ki, insanının əxlaqı parça ilə ölçülmür. Abır-həya insanın davranışında, vicdanında, başqasına münasibətində, sözündə və əməlində görünür. Bəs kim bizə deyib ki, başıaçıq, normal və səliqəli geyinən qız abırlı ola bilməz? Kim deyib ki, bir qızın namusunu qorumağın yeganə yolu onun başını örtməkdir? Namus başda daşınan örtük deyil, insanın daxilində daşıdığı məsuliyyətdir.
Kiçik yaşlı qızın hicab taxması məsələsində də özümüzə sual verməliyik: bu, uşağın yaşına uyğun, sərbəst şəkildə formalaşmış şəxsi seçimidir, yoxsa ailənin, mühitin və dini təzyiqin nəticəsi? Uşağın hüquqları və psixoloji inkişafı böyüklərin ideoloji mübahisələrindən üstün tutulmalıdır. Valideynin dini inancına hörmət vacibdir, lakin uşağın təhsil hüququ, təhlükəsizliyi və gələcəkdə müstəqil seçim etmək imkanı da eyni dərəcədə vacibdir. \\Ölkə.az

591814

İğtişaşlardan, şüşə və qapıların sındırılmasından, şüarlar vasitəsilə qarşıdurmanın qızışdırılmasından siyasi və ya başqa məqsədlərlə istifadə etməyə çalışanların niyyətləri də faktlarla araşdırılmalı, məsuliyyət məsələsi sübutlara əsasən həll edilməlidir.
Mənim üçün əsas məsələ nə hicabın özü, nə də başıaçıq gəzməkdir. Əsas məsələ qız uşağının gələcəyidir. Onun qarşısında seçim imkanlarının genişlənməsi, savadlanması, şəxsiyyət kimi formalaşmasıdır. Məktəbə buraxılmayan başıörtüklü kiçik qızları qəzəbli valideynlərinin yanında çarəsiz görmək ürək ağrıdır.
Biz uşaqlarımızı elə yetişdirməliyik ki, onlar nə dini, nə də dini inkarı kor-koranə qəbul etsinlər. Öyrənsinlər, düşünsünlər, sual versinlər və qərarlarını anlayaraq versinlər.
Çünki qız uşağının başını örtmək asan, beynini biliklə, qəlbini mərhəmətlə, düşüncəsini azadlıqla doldurmaq isə çətindir. Əsl valideynlik də məhz bu çətin məsuliyyəti daşımaqdır. Qızlarımızın gələcəyini parçanın uzunluğu ilə deyil, düşüncələrinin dərinliyi ilə ölçək. Çünki başı örtmək insanın zahirini dəyişə bilər, amma cəmiyyəti dəyişən yalnız maarif, elm və azad düşüncədir”, – deyə Nailə İslamzadə vurğulayıb.
Tarix: 14 oktyabr 2026
Baxış: 41

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş