Xəbər lenti
Reklam
Rejissor: Biz hələ indi festivallara travma mövzulu filmlər aparırıq, dünya bu mərhələni çoxdan keçib

Hələ indi-indi festivallara travma mövzulu filmlər aparılır, halbuki dünya bu mərhələni çoxdan keçib.
Gender.az bildirir ki, bu fikirləri Report.az-a müsahibəsində rejissor, aktyor Namiq Ağayev deyib.
Rejissor Azərbaycanda festivallara yanaşma tərzinin doğru olmadığını bildirib.
"İstər kino, istər teatrı yaşadan həm də festivallardır. Niyə? Çünki festival bazardır, bizdə festivallara yanaşma düzgün deyil. Festival elə gedib çıxış edib qayıtmaq demək deyil, sən uğurlu çıxış edirsənsə, səninlə müqavilə bağlanılır. Yəni proses belədir. Özü də bizdə festivalla bağlı bir tendensiya yaranıb, hamı festivala travma aparır. Dünya bu prosesi çoxdan keçib, üstündən də su içib, biz amma travma ilə festival fəth eləmək istəyirik. Bəli, müəyyən təbəqənin rəğbətini qazanmaq olar, amma bu kassa gətirmir, üstəlik, səni əmin edirəm, o festivaldakılar da bezib artıq. Travmadan beziblər. Bilirsən, bu artıq reseptdir: yaxşı əsər kütləvi olar. Homerdən tutmuş, Nizamiyə qədər, Gilqamışdan tutmuş Cek Londona qədər niyə uğurludur? Çünki kütləvidir. Kino dili ilə desək, kassa gətirən. Travma sənə necə kassa gətirə bilər axı?"
Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Tarix: 14 avqust 2026
Baxış: 34

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş