Xalq şairinə bu dərmanların verilməsi dayandırıldı - həkimlər gözləyir...
Xalq şairi Nəriman Həsənzadənin səhhəti ilə bağlı ilə son vəziyyət açıqlanıb.
Mərkəzi Klinikadan Musavat.com-a bildirilib ki, şairin vəziyyəti ağır stabil olaraq qalır. Hazırda onun kompleks müalicəsi davam etdirilir.
Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost isə açıqlamasında bildirib ki, həkimlər şairin vəziyyətini diqqətdə saxlayırlar:
"Nəriman müəllimə verilən yuxu dərmanları artıq dayandırılıb. Huşunun özünə gəlməsini gözləyirik. Həkimlər səbirlə gözlədiklərini deyirlər".
Qeyd edək ki, Nəriman Həsənzadə Mərkəzi Klinikada müalicə olunur. O, bir həftə əvvəl xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilib.
Tarix: 02 iyul 2026
Baxış: 20
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş