Xəbər lenti
Reklam
Nura Suri nazirlikdəki yoxlamadan danışdı: "Məni manipulyasiya etmək üçün..."

Xəbər verdiyimiz kimi, Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən Mədəniyyət Nazirliyində nəzarət tədbiri həyata keçirir. 
Bu barədə Palatadan məlumat verilib. Bildirilib ki, auditin nəticələrinin açıqlanması “Hesablama Palatası haqqında” Qanunun 37-ci maddəsinə uyğun olaraq tənzimlənəcək.
Mədəniyyət Nazirliyi ilə bağlı tənqidi paylaşımları ilə son günlər daha çox gündəmə gələn müğənni Nura Suri “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, aparılan yoxlamanın onların yaşadığı məsələlərlə bağlı olduğuna inanmır:
“Əslində bu yoxlamanın bizim məsələlərlə əlaqəsinin olduğunu düşünmürəm. Bu, ilin sonunda aparılan normal bir prosesdir. Yəni bütün qurumlarda ilin sonunda belə yoxlamaların olması normaldır. Ona görə də bunun bizim məsələ ilə bağlı olduğunu zənn etmirəm”.
Həmçinin, sənətçi vurğulayıb ki, son günlər ona müxtəlif sosial şəbəkə profillərindən və açıq nömrələrdən manipulyativ məlumatlar göndərilir:
“Məni manipulyasiya etmək üçün müxtəlif sosial şəbəkə profillərindən və açıq nömrələrdən "WhatsApp"-a bəzi məlumatlar göndərirlər. Məqsəd odur ki, mən bu informasiyalara inanıb, heç bir yoxlama aparmadan paylaşım edim və özümü gülünc vəziyyətinə salım. Amma belə cəhdlər mənə təsir etmir. Göndərilən bütün məlumatları araşdırıram və bizim problemlərimizlə əlaqəsi olmadığı üçün paylaşmıram”.

Əfsanə Rəcəb

Tarix: 01 dekabr 2025
Baxış: 27

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş