"Həyat yoldaşım mobil telefon işlətmir, olmaz"
Əməkdar artist Yusif Mustafayev açıqlaması ilə diqqət çəkib.
Müğənni həyat yoldaşının mobil telefon istifadə etmədiyini deyib. "Qonaqcanlı" verilişində yer alan sənətçi bildirib ki, xanımı yalnız ev telefonundan istifadə edə bilər:
"Heç vaxt həyat yoldaşım mənə görüntülü zəng etmir. Evimizdə mobil telefon işlədilmir. Ev telefonudur. Sənə nə lazımdır? Telefonla danışmaq istəyirsən, danış ev telefonu ilə. Gərək görüntülü danışasan? Mənlik deyil... "Salam", "sağ ol"... Hər şey yolunda olanda nəyə lazımdır? Telefon çıxardanın Allah həm köməyi olsun, həm də evini yıxsın. Köməyi olsun ki, hamı bir-birini tapır. Çalışırıq sosial şəbəkədən uzaq olaq ki, əsəblərimiz sakit olsun". \\Axşam.az
Tarix: 21 noyabr 2025
Baxış: 20
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş