Gender.az xəbər verir ki, o, hazırda bir tənəzzülün olduğunu deyib və bir neçə səbəb göstərib.
O, deyib: "Bir vaxtlar hər evdə iki toy – həm qız, həm oğlan toyu keçirilirdi. Zamanla bu iki mərasim birləşdi və nəticədə toyların ümumi sayı xeyli azaldı. Məsələn, 1000 toy 500-ə düşdü. Bunun həm yaxşı, həm də mənfi tərəfləri var.
Dİgər böyük səbəb isə subayların çoxluğudur. Ətrafımıza baxanda 28–35 yaş arası çox sayda subay gənc görürük. Halbuki əvvəl 24–25 yaşa qədər evlənmək adi hal idi. Çoxları “yaxşı qız tapılmır”, “yaxşı oğlan yoxdur” deyir, amma əslində ölkəmizdə kifayət qədər tərbiyəli, savadlı, ailə dəyərlərinə bağlı gənclər var.
Üçüncü səbəb isə sosial şəbəkələr və mediada boşanmalarla bağlı yayılan məlumatların çoxluğudur. Evlilik və boşanma statistikaları tez-tez gündəmə gətirildiyi üçün valideynlər də daha çox tərəddüd edir. Keçmişdə bir ağsaqqalın sözü ilə məsələ həll olunurdusa, indi proseslər daha mürəkkəbdir. Buna baxmayaraq, hələ də ailələr əvvəlcədən razılığa gəlib birbaşa nişan edənlər də var."
Müğənni eyni zamanda, gec yaşda ata olmaqdan da danışıb: "Mən 31-32 yaşında ata olmuşam və çox peşman olmuşam bu şeydən. Mən övlad sahibi olandan sonra demişəm ki, kaşki bunu 31-32 yaşımda yox, 21-22 yaşımda ata olsaydım."







Ucuz yeni çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Bizim münasibətimizdə sevgi olmayıb - Yaşar Nurinin yoldaşı
İngilis bölmələrində dərslərin 70 faizi azərbaycanca keçirilir
Sumqayıtda ağac peşə liseyinin üzərinə aşıb
Mətbəx bıçağını necə itiləmək olar? — Ən yaxşı üsullar
Azərbaycana ilk qar yağacaq — Bu tarixdə
Binəqədi rayonunda yanğın başladı
Prezidentin vəzifə verdiyi Osman Xaliyev kimdir? - DOSYE
İranda neft tankeri partladı - Çox sayda ölən var




