Redaktor seçimi
    Paşinyan Zəfər paradından danışdı: Çox təsirli ola bilər...
Xəbər lenti
Reklam
Uşaqların reklam çəkilişlərində vulqar pozlar verməsinə SƏRT REAKSİYA


Biznes məqsədilə uşaqların vulqar pozlar verərək reklam video çarxlarına çəkilməsi və bu kadlrarın sosial şəbəkədə yayılması cəmiyyətdə haqlı narazılığa səbəb olub.

Gender.Az bildirir ki, Ajans.az mövzu ilə bağlı psixoloq Ülviyyə Murtuzovaya müraciət edib.
Psixoloq bildirib ki, uşaqların simasından biznes marağına istifadə etmək insani dəyər olaraq qəbul edilməzdir:
"Əslində uşaqların duyğusal, məsum baxışlarından və görünüşlərindən istifadə edərək edilən PR bu insanların öz maraq və bizneslərinin üzərindən qurulduqda təbii ki, qəbul edilməzdir. Ümumiyyətlə bu insani dəyər deyil və insani meyar olaraq seçilə bilməz. Çünkü o uşaq özü fərqində deyil ki, onun məsumluğu həmin çəkilişlərdə onun özünü bir alətə çevirir. Zaman gələcək müəyyən müddətdən sonra valideynləri qınayacaq, ətrafındakı insanları "niyə buna icazə verdiniz?" deyə qınayacaq". 
Bəzən uşaqlarımız özləri bunun axtarışında olurlar: 
"İkinci bir tərəfdə var ki, bəzən uşaqlarımız elə böyüdülür ki, onlar özləri bunun axtarışında olurlar. Və əgər biz diqqətlə fikir versək bir uşağın poz verməsinin nə qədər yalnış olduğunu görə bilərik. Bir uşağın poz verməsi nə qədər rahat, sərbəst və dəqiqliklə olmasından dəfələrlə belə çəkilişlərdə iştirak etdiyini anlaya bilərik". 
O bildirib ki, uşağı buna sövq edən valideynlərdir:
"Burda bir nüans yaranır: Uşağı buna sövq edən valideynlərdir. Çünkü uşaqlar hər şeyi görüb, istəyə bilər. Amma bu marağı gerçəkləşdirən valideynlərdir".  
Valideynlərin özünü də buna sövq müxtəlif səbəblər var:
"Valideynlərin özünü buna sövq edən təsir mexanizmləri var. Məsələn maddiyyat, imic,  status, övladını publik statusa çevirmək bu mexanizmlərə nümunə ola bilər. Amma yenədə bu uşaqlardan istifadə deməkdir və qəbul edilməzdir". 
Uşaqları yaşından sürətli böyütmək fərqli missiyaya xidmət etmək deməkdir: 
"Ancaq yenədə uşaq geyim markaları, uşaq bezləri, uşaq şampunları və digər uşaqlar üçün olan məhsullarda uşaqların simasından istifadə edə bilər, çünkü bəllidir ki, bu uşaqlara məxsusdur. Amma müəyyən zamanlar var ki,  bu artıq digər maraqlara xidmət edir. Və bunun ictimailəşdirmək qeyri-etik deyil. Uşaqları yaşından sürətli böyütmək və buna həvəskar etmək fərqli bir missiyaya xidmət etmək deməkdir". 
O uşaqların yaşından böyük görsənmə həvəsləri haqqında da danışıb:
"Nəyə hazırlayırıq biz övladlarımızı? Niyə bu qədər tez böyümələrinin marağındayıq? Niyə uşaqkən gənc görünməsini istəyirik?
Bunun altında çoxlu ciddi məsələlər yatır. Və cavabı tapmayan en qədər suallar yaradır. Hələ də cavabı verən yoxdur, çünkü cavab verməyə maraqlı deyillər. Ona görə də valideynlər heç bir maraq övladlarınızı başqalarının alətinə çevirə bilməz. Bunu qəti sürətdə etməyin. Bu gün onun üzərindən qazanc, sabah sizin həyatınızın bütövlükdə olacaq qazancı hesabına belə geri qaytarmaq olmaz". 
 Psixoloq son olaraq bu məsələ ilə bağlı qadağaların vacibliyini vurğulayıb: 
" Amma yenədə mənə elə gəlir ki, müəyyən qadağalar olmalıdır. Uşaqların özünü böyük kimi aparması, uşaqların böyüklər kimi davranıb oturması, geyinmələri, sosial media üzərində bütün gün orda olmaları, canlılarda iştirak etmələri qəti sürətdə yığışdırılmalıdır. Bu cəmiyyəti yaxşı bir yerə aparmır".
Tarix: 12 noyabr 2025
Baxış: 26

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş