Redaktor seçimi
    Beynəlxalq konfrans iştirakçıları Şuşa türməsinə baş çəkdilər
Xəbər lenti
Reklam
Azad Şabanov məşhur hitə yeni nəfəs verdi - VİDEO

Müğənni Azad Şabanov yaradıcılığında yeni bir səhifə açıb.
"Gender.az" xəbər verir ki, sənətçi məşhur “Sevgilim, süz” (Badə nəbadə) hitinə yeni nəfəs verib. Sözügedən əsər Xalq artisti Aygün Kazımovanın “Best of Aygun - All start” albomunda yer alıb. Azad Şabanov mahnını tam fərqli tərzdə və aranjımanda ifa edib. Rok janrında səslənən mahnı musiqisevərlərin rəğbətini qazanıb.
Qeyd edək ki, əsərin musiqisi Əməkdar incəsənət xadimi Vaqif Gərayzadəyə, sözləri isə Teymur Məmmədova məxsusdur.
Yeni aranjımanı Emin Əliyev ərsəyə gətirib. Vokal prodüserliyi İsmayıl Əsədova aiddir. Gitarada Şamil Məmmədov, bas gitarada isə Genadiy Yuqai ifa edib.
Onu da vurğulayaq ki, Azad Şabanov “Sevgilim, süz” mahnısını ilk dəfə Heydər Əliyev Sarayında baş tutan solo konsertində səsləndirib. Bu, müğənninin pop divanın repertuarına sayca ikinci müraciətidir.


Tarix: 07 oktyabr 2025
Baxış: 32

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş