Redaktor seçimi
    Büdcə təşkilatlarında mühasibat
Xəbər lenti
Reklam
Xalq artisti nazirə müraciətlə: “Bu məsələyə xüsusi yanaşılmalıdır”

“İncəsənət sahəsində təqaüd yaşı olmamalıdır, düzgün deyil. Çünki filmdə də, teatrda da yaşlı rollar var. Həmişə belə olub. Teatrın cavan heyəti də, yaşlı heyəti də olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu məsələyə xüsusi yanaşmalıdırlar”.
Gender.az pravda.az-a istinadla xəbər verir ki, bunu Xalq artisti Rasim Balayev deyib.
O bildirib: “Ola bilsin, başqa sahələrdə müəyyən yaş dövründən sonra insan təqaüdə çıxmalıdır. Amma aktyor sənətində yaş senzi olmamalıdır. Bu adam vaxtilə cavan rollarını oynayıb. İndi də yaşlı rolunu oynayır. Əgər aktyora teatrda ehtiyac varsa, fəxri adının olub-olmamasının dəxli yoxdur, onu teatrda saxlamalıdırlar”.

Tarix: 29 iyul 2025
Baxış: 31

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş