Redaktor seçimi
    Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaralanmış, mülklərini itirmiş, əsirlikdə və girovluqda olmuş zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər - FOTO
Xəbər lenti
Reklam
"İnsanlar unutqan və qudurğandırlar"

Məlum olduğu kimi, müğənni Günel Zeynalovanın əmisi dünyasını dəyişib.
Gender.az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, bu barədə o, sosial media hesabında paylaşım edib.
"Bəzən başa düşə bilmirəm. Uşaqlığımdan bu günə qədər həyatdan soruşuram "niyə?", "nə üçün?". Əslində Allahın səbri sonsuzdur. Onun şəfqəti bu dünyanı bir saniyədə dəyişə biləcək qədər güclüdür.
Amma insanlar imtahan olunsunlar, çünki unutqan və qudurğandırlar. Dünya malı dünyada qalır. İnsan ölümü bilib, boşuna yaşayır. Elə bir qapı yoxdur ki, qəlbini çirkləndirmədən yaxşılıq etdikcə açılmasın. Xeyirxahlıq və mərhəmət bu həyatın xilasediciləridir.
Ata əvəzimiz olan əmimiz, Allahın nurunda olasan. Məkanın cənnət olsun. Sən və bu dünyadan köçən əzizlərimiz Allahın nəzərində olasınız. Həsrət həmişə var, təsəlli qovuşacağımız gündür. Bilənlər üçün axirətdə bir hədiyyə vardır: Bu dünyadan köçmüş ruhlarla qovuşmaq. İmtahanımız yazılır. Allah yolunda onun razılığı ilə vuruşub dünyada xeyirxahlıq dərsi alacağıq. Nəfsi, kin-küdurəti, “biz” deməyi tamamlayacağıq. Allah bütün müsəlman aləminə axirəti yaşamağı nəsib etsin, inşallah".


Tarix: 24 iyul 2025
Baxış: 23

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş