Redaktor seçimi
    İmtahanda maksimum nəticə göstərən kənd məktəbliləri
Xəbər lenti
Reklam
Respublikanın Əməkdar artisti, fəlsəfə doktoru Mədəniyyət Nazirinə MÜRACİƏT ÜNVANLANDI
 
Azərbaycan Respublikasının əməkdar artisti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, rejissor Xəzər Gəncəli Respublika Mədəniyyət nazirinin səlahiyyətlərini icra edən, Mədəniyyət Nazirinin I müavini Anar Kərimova müraciət ünvanlayıb. Müraciətdə deyilir:“Hörmətli Anar müəllim, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsində kadr islahatları məsələsi nədənsə çox ləng gedir, bəlkə də heç getmir... Görünür, buna əngəl törədən və mane olan ciddi səbəblər vardır. İncəsənət sektoruna rəhbərlik edən təsadüfi kadrlar (xüsusilə də tamamilə başqa peşənin sahibi olub bu işə rəhbərlik edənlər) hələ də kürsülərində rahat oturmaqda davam edərək keçmiş nazirdən miras qalan “siyasəti” yürütməkdə qəti qərarlılıq nümayiş etdirirlər. Heç bir tənqidi çıxış, mətbuatda çap olunan heç bir tənqidi irad bunlara heç bir vəchlə təsir etmir!.. Belə gedərsə, teatrlarımızda və xüsusilə də bölgə teatrlarımızda baş verən və hələ də sonu görünməyən rəzalətlərə son qoyulması şübhə altına alınır. Söhbət dünyada heç bir analoqu olmayan “Direktor teatrı siyasəti”ndən gedir!.. Allah yardımçımız olsun!..”
Tarix: 04 sentyabr 2020
Baxış: 515

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş