Toya şortikdə gedən Ayandan təəccübləndirən cavab
Bu yaxınlarda toy məclislərinin birinə şortikdə gedən müğənni Ayan Babakişiyeva ona yazılan tənqidlərə cavab verib.
Bu barədə "Qonaqcanlı" verilişində danışan ifaçı geyimində bir qüsur görmədiyini bildirib:
"Toy məclisi də bir səhnədir. Ora da sənin və mahnılarının tamaşaçılara, dinləyicilərə təqdimatındır. Mənə elə gəlir ki, geyimimdə bir qüsur yoxdur. O zaman qüsur olardı ki, artıq çəkim olardı, bədən quruluşum o geyimi geyinməyə icazə verməzdi. Əgər mən pəhrizimə və günlərlə ac qalmağıma rəğmən o libası geyinə bilirəmsə, nə xoş mənə".\\Bakupost.az
Tarix: 04 oktyabr 2024
Baxış: 61
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş