Xalq artistlərinə ittiham: "Oxumurlar, böyük pullar qazanırlar, musiqinin anasını ağladırlar"
"Bu gün Xalq artistlərinin əksəriyyəti oxumur, səhnədən böyük pullar qazanırlar. Amma tamaşaçıların və Azərbaycan musiqisinin anasını ağladırlar".
Gender.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında müğənni Ülvi Qılınc deyib.
O, həmin müğənniləri savadsızlıqda ittiham edib:
"Xalq artistləri striptiz göstərirər, hər şey göz qarşısındadır. Oxumaqdan, sənətdən başqa hər şeyləri var. Baxırsan ki, bunlar səhnəyə necə gəlib? Bu adamların heç vaxt sənəti olmayıb. Onlara təsadüfü adamlar deyirlər. Müğənniliklə uzaqdan-yaxına əlaqələri yoxdur. Sənəti olan adamlar heç vaxt soyunmayacaqlar, onlara ədalarını göstərməyə ehtiyac yoxdur. Sənəti olmayanların soyunması normaldır. Bəs, tamaşaçıları nə ilə cəlb etməlidir? Ortada sənət, istedad yoxdursa, nə etməlidirlər? Bu günün müğənniləri 3-cü sinif səviyyəsindən də aşağıdır. Təəssüf ki, onların tamaşaçıları da özləri səviyyədədir. Bir dəfə Xalq artistlərinin biri ilə oturmuşduq. Məlum oldu ki, Tolstoyu tanımır. Daha bundan o tərəfi də yoxdur ki. Həddindən artıq gülməli şeylər baş verir".
"Həmin Xalq artistlərinin adlarını çəkə bilərsiniz" sualına Ülvi Qılınc belə cavab verib:
"Adlarını çəkməyə ehtiyac yoxdur, çünkü soyunanlar göz qarşısındadır. Adını çəksək nə olacaq, çəkməsək nə olacaq? Bunlar həqiqi artistdirlər, xalqla heç bir əlaqələri yoxdur. Heç birinin diplomu yoxdur, diplomsuz oxuyurlar və düzələn də deyillər. Onlar Azərbaycan xalqına tərbiyyəsizlik gətiriblər. Bəlkə də bu gün səhnədə öz həyatlarını oynayırlar".
Bahar Rüstəmli