Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Damlanın İranda getdiyi GÖZƏLLİK SALONU və OTEL də BAĞLANDI: Araşdırma DAVAM EDİR - "Əlimdə elə videolar var ki..."

Xəbər verdiyimiz kimi, bir müddət öncə məşhur Azərbaycan müğənnisinin Ərdəbildə çıxış etdiyi məkan qapadılıb.

İran mətbuatı yazır ki, Ərdəbil əyalətinin prokuroru Cəlal Afaqinin əmri ilə tanınmış Azərbaycan müğənnisi Damlanın çıxış etdiyi məkan bağlanıb.

Məlumata görə, prokuror bildirib ki, müğənni qanunları pozub və hüquq- mühafizə orqanları bu işlə ciddi məşğul olur.

Müğənninin baş örtüksüz səhnədə çıxışı alqışla qarşılanıb. Buna baxmayaraq, yayılan videodan sonra İran dövlətinin buna yanaşma tərzi də istisna edilməyib.
 
Məlumatı Damlanın prodüsseri təsdiqləyib: "Damla xanım  İranda getdiyi yerlərdə başıörtülü olub,  Təkcə maşına əyləşəndə və  qadınlar olan məkanda, yəni salonda olan görüntülərini yayıblar". 

Araşdırmanın getməyi ilə bağlı Referans.Az-a müğənni Damlanın prodüseri Şamil yeni açıqlama verib: "Bizim bu cürə dövlətimiz var, kiminsə hünəri çatar bizə nəsə deməyə? Bizə gözün üstə qaşın var deyən olmadı".
 
Prodüser bildirib ki, Damla xanımla İranda getdiyi oteli, gözəllik salonunu da bağlayıblar.: "Hələ də araşdırma davam edir, amma, hər şey yaxşıdır. Biz ora toya getmişdik, konsertə deyil. Əlimdə elə videolar var ki...".

Şəlalə Babayeva

Tarix: 22 iyul 2024
Baxış: 57

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş