"Bir qram xanımlığı yoxdur, elə bil..." - Əməkdar artistdən Rövşanəyə SƏRT SÖZLƏR
Əməkdar artist Qorxmaz Əlili aparıcı Rövşanə Ağasəfqızının tənqid edib.
Buna səbəb Rövşanənin illər əvvəl müğənni Afət Fərmanqızını təhqir etməsi olub. "Elgizlə izlə" verilişində yayımlanan həmin görüntülərə Q.Əlili belə reaksiya verib:
"Zeynəb Xanlarova səhnəyə çıxanda sərbəstlik yaratdı. Bir çox ifaçılar onun kimi saç düzəltdi. Demirdilər ki, oxşadırsan. Nazpəri Dostəliyevanı Allah elə gözəllikdə yaradıb. Təranə Qumral və Afət Fərmanqızı da ona oxşayır. Amma onları ayırmamaq mümkün deyil. Rövşanənin etdiyi tərbiyəsizlikdir. Deyir, nəyə oxşayırsan, bu nə geyimdi, xarizman yoxdur. Qonağındır, qarşındakına hörmət et. Çağırmısan qoyasan ortaya? Rövşanə danışanda elə bil zalda hamı kardır: qışqıra-qışqıra danışır. Xanımsan, danışığını bil. Bir qram xanımlığı yoxdur, elə bil davaya gəlib. Xanımın incəliyi olmalıdır".
Q.Əlili aparıcı ilə aralarındakı küsülülüyün səbəbini açıqlayıb:
"Məni efirə çağırıb. Çağırmısan fikrimi öyrənməyə. Sual verir, cavab verirəm. Qayıdır ki, sizin fikriniz önəmli deyil. Dedim, çəkilişim var, getdim efirdən. Sonra deyirəm, qayıdır ki, mən elmlər doktoruyam. Cavab verdim ki, mən süpürgəçiyəm? Elmlər doktoru olmaq savadlı demək deyil". \\Publika.Az