Şou-biznes deyiləndə bizdə yalnız toy nəzərdə tutulur. Toylardan böyük pullar qazanılması çoxlarını müğənni olmağa həvəsləndirib. İndi səsi olan da, olmayan da əlinə fonoqram diskini alıb toyda oxumağa gedir. Bəzən qazandıqları məbləğ bir işgüzar adamın illik gəlirinə bərabər olur, amma o məşhuru toyunda görmək üçün dəridən-qabıqdan çıxanlar da az deyil. Dəyərmi, dəyməzmi, bu artıq ayrı mövzudur. Bu gün qiymətlərdən danışırıq.
Gender.Az Lent.az-a istinadla Azərbaycan şou-biznesinin ən bahalı müğənnilərinin toy qiymətləri barədə məlumat verir.
Ən bahalı müğənni Nuri Sərinləndiricidir. O bütöv toy oxumaq üçün 25 min manat, yarım saat oxumaq üçün 8500 manat tələb edir. Əsasən Rusiya toylarını idarə edir.
Xalq artisti Faiq Ağayev bütöv toy oxumaq üçün 15 min manat, yarım saat oxumaq üçün 7000 manat qonorar istəyir.
Xalq artisti Brilliant Dadaşovanı da 15 min manat verib öz toyunuzda görə bilərsiniz. Yarım saatlıqlıq üçün 7000 manatdan keçmək lazımdır.
Abbas Bağırov bütöv toyu 18 min manata idarə edir. Yarım saatlıq dəvət üçünsə 5 min manat istəyir.
Murad Arif bütöv toy idarə eləmək üçün 11 min manat, yarım saat üçün 4 min manat istəyir.
Xalq artisti Aygün Kazımova yarım saatlıq çıxışı üçün 8 min manata gəlir.
Xalq artisti Röya Ayxanın toyunuzda oxuması üçün 10000 manat ödəmək lazımdır.
Xala artisti Tünzalə Ağayeva 7 min manat tələb edir.
Müğənni Nəfəs və Zeynəb bütöv toy oxumaq üçün yalnız özlərinə (ansambl olmadan) 5 min manat, yarım saatlıq çıxış üçün 2 min manat tələb edirlər.
Afət Fərmanqızı Azərbaycan toylarına gəlmək üçün təkcə özünə 5000 dollar tələb edir.
Toylara ən çox dəvət alan müğənnilər Vəfa Şərifova və Şəbnəm Tovuzlunun da toy qiymətləri dodaq uçuqladır. Bütöv toy üçün 10 min manat, yarım saatlıq çıxış üçün ən az 3 min manat qonorar istəyirlər.
Müğənni Rəqsanə bütöv toy üçün 5 min manat, yarım saatlıq toy üçün 3 min manat istəyir. Onun qızı Aysun yalnız yarım saatlıq çıxışlar edir. Hər çıxışı üçün 2-3 min manat qonorar istəyir. Aysunun dediyinə görə, yarım saatlıq çıxış müğənnilərə daha çox sərf edir. Onlar bir gündə bir neçə toyda, qonaqlıqda ola bilir, eyni zamanda məclisin bütün məsuliyyətini də üzərlərinə almamış olurlar.