Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin üç əməkdaşı işdən çıxarıldı - Qalmaqallı kostyum gecəsindən sonra (FOTO)
"Volqoqrad-TRV” Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin 3 əməkdaşı yeni il korporativ şənliyindən sonra işdən çıxarılıb.
Gender.Az xəbər verir ki, şənlikdən fotolara baxan bir çox istifadəçi korporativ hadisəni blogger Anastasiya İvleevanın sensasiyalı "çılpaq" gecəsi ilə müqayisə etməyə başlayıb.
Kanalın məlumatına görə, şirkət rəhbərliyi təşkil edilən korporativ tədbiri “həmkarların axmaq oyunu” adlandıraraq üç əməkdaşını işdən çıxarıb.
Yerləşdirilən fotolarda, “Volqoqrad-TRV” Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin şənlik edən əməkdaşlarından bəziləri filmlərdən, komikslərdən və kompüter oyunlarından super qəhrəmanların kostyumları geyiniblər.
Dövlət kanalı işçilərinin əyləncəsi, çoxlarının fikrincə, qalmaqallı görünüb.
Qızlardan biri katolik rahibə obrazını sınadığı üçün jurnalistlərin geyimlərində hətta dini simvolların təhqir olunduğunu da görənlər var.
Mənbə: 32gun.az