Xəbər lenti
Reklam
“Dəli Kür” romanından 15 hissəli gözəl bir serial alınar” - Kinodramaturq

Təbii ki, filmin öz özəllikləri, öz ruhu, öz peşəkar istehsalat prosesi var. Həmçinin roman, yaxud, hər-hansı bədii nümunə də sırf söz yaradıcılığı olduğundan ondan başqa effektlər tələb etmək mümkün deyil. Həm dünya, həm də Azərbaycan praktikasında sərbəst ssenari əsasında yox, ədəbi nümunələr əsasında lentə alınan filmlərimiz də var.
Şair, yazıçı, kinodramaturq İlqar Fəhmi mövzu ilə bağlı MediaPost-a açıqlama verib. O bildirib ki, “Dəli Kür” romanında bütöv bir seriala sığışa biləcək tarixi hadisələr, gözəl materiallar var:

alt text

“Yaxşı olar ki, "Dəli Kür” romanı əsasında film yox, bir serial çəkilsin. Çünki, bu romanda bütöv bir seriala sığışa biləcək tarixi hadisələr, gözəl materiallar var. İnanıram ki, bu romandan 15 hissəli gözəl bir serial alınar. Orada milli koloritlərimizi əks etdirən keçmiş dövrün düşüncə tərzinin dərin qatlarından nəticə çıxarmaq olar. Bundan başqa, "Qətl günü” filmi çəkilib, ancaq istərdim ki, müasir standartlara cavab verən yüksək səviyyədə bir film çəkilsin. O elə bir vaxt çəkilib ki, Azərbaycanda texnika cəhətdən müəyyən çətinliklər var idi”.

Tarix: 04 noyabr 2023
Baxış: 146

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş