Xəbər lenti
Reklam
Rasim Balayev: “Elə bildilər, biz qızlara sataşmağa gəlmişik” - VİDEO

“Çalışmışam ki, çəkilən sərhədə baxmayım. Çünki aktyor sərbəst olsa, yaxşıdır”.
Bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Baku TV-yə eksklüziv müsahibəsində deyib.
Aktyor tragikomik obraz oynamaq istəyindən danışıb. “Yumoru çox sevirəm. Bəzən dostlarım deyir ki, sən gərək yumor aktyoru olaydın. Amma elə olub ki, mənə ciddi rollar veriblər”, - deyə o qeyd edib.
Xalq artisti tamaşaçıların onu mənfi obrazlarda qəbul etməməsindən, atasının vəfatından sonra depressiyaya düşməsindən, dostuna görə 100 günlük həbs həyatı yaşamasından da bəhs edib.


Tarix: 01 noyabr 2022
Baxış: 948

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş