Xəbər lenti
Reklam
Azərbaycanlı sənətkarın əfsanəvi hitini italyan müğənni öz dilində oxudu

Müslüm Maqomayevin "Mavi əbədiyyət"ini bu dəfə İtaliyanın məşhur opera və estrada müğənnisi Alessandro Safina Emin Ağlarovla birlikdə oxuyub

Azərbaycanın xalq artisti Emin Ağalarovla İtaliyanın opera və estrada ifaçısı Alessandro Safina birlikdə əfsanəvi Müslüm Maqomayevin "Sinyaya veçnost" (Mavi əbədiyyət) mahnısını italyan və rus dillərində səsləndiriblər.

2019-cu ildə bu mahnının Müslüm Maqomayev tərəfindən bəstələnməsindən və ifasından 50 il ötür. Qeyd edək ki, mahnının sözlərinin müəllifi Gennadi Kozlovskidir.

Alessandro Safina "Mavi əbədiyyət"i ilk dəfə taksidə olarkən radioda eşidib və dərhal da ona aşiq olub. Bu mahnı onun ifasında "Jara" beynəlxalq musiqi festivalında yalnız italyan dilində səsləndirilib. Mahnının sözlərini italyan dilinə onun dostu tərcümə edib.

"Mən çox istədim ki, onu çox sevdiyim Maqomayev kimi ləyaqətlə ifa edim" - Safina etiraf edib.


Müğənninin ifasını eşidən Ağalarov ona mahnını iki dildə birlikdə yazdırmağı təklif edib. Nəticədə onları təkcə bu mahnıya deyil, həm də bütövlükdə Müslüm Maqomayevin yaradıcılığına olan sevgi birləşdirib.

"Müslüm Maqomayev mənim tanıdığım və qarşılaşdığım ən gözəl sənətkardır. "Sinyaya veçnost" onun səsinin möhtəşəmliyini açan bir hitdir. Onun mənim üçün çox anlamı var. Mən həmişə solo konsertlərimdə bu mahnını oxuyuram və bununla da Müslüm Maqometoviçlə olan bağımızı qoruyub saxlayıram. Məndə həmişə belə bir arzu və hiss olub ki, mahnı dünya səviyyəsində tanınmalı və müxtəlif dillərdə oxunmalıdır" - Ağalarov deyib.

Çox az adam bilir ki, başlanğıcda bu hitin məhz italyan dilində eskizi hazırlanıb və sətirləri yığılıb. Sonra isə özünün artıq bütün dünyada tanınan və oxunan əsl formasını və sözlərini tapıb.


 
Tarix: 15 mart 2019
Baxış: 611

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş