Yadplanetliləri axtarmaq üçün agentlər göndərmişik - Klinton
ABŞ-ın keçmiş prezidenti Bill Klinton yadplanetlilərin 51-ci bölgədə gizləndiyini öyrənmək üçün federal agentlər göndərdiyini etiraf edib.
Bu barədə B.Klinton Nyu-Meksiko ştatının Rosvell şəhərində baş verən UNO qəzası ilə bağlı danışarkən deyib.
“Bununla necə məşğul olacağımızı anlamağa çalışmalıyıq, çünki biz araşdırmalarımızın çoxunu texnologiya baxımından burada edirik. Məsələn, radar tərəfindən aşkar edilməyən təyyarələri necə uçurduğumuz kimi. Buna görə də onlar çox müəmmalıdırlar. Ancaq bildiyimə görə, yadplanetlilər yoxdur", - Klinton bildirib. \\Axar
Tarix: 18 iyun 2022
Baxış: 445
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş