Molladan qısa ətək geyinən qadına ŞOK REAKSİYA: "Masanın arxasına keç" / FOTO
Türkiyənin Şanlıurfa bölgəsində keçirilən tədbir zamanı gərginlik yaşanıb.
Tədbirin mövzusu “erkən yaşda evlilik” olub. Tədbirdə din adamları da iştirak edib. Çıxış üçün vəkil Cəmilə Didəm Karaboğanın qısa ətəkdə səhnəyə çıxması din adamlarının etirazına səbəb olub. Din adamları bildirib ki, uşaqların cinsi həyatı ilə bağlı təbliğat xarakterli açıqlamalar verən qadın qısa ətəkdə səhnədə olmamalıdır. Bu uşaqlar üçün pis nümunədir. Din adamları “sən masanın arxasına keç! Biz din adamlarıyıq” deyə etiraz ediblər. Etirazlardan sonra vəkil çıxışını dayandıraraq, salonu tərk edib.
Metbuat.az
Tarix: 10 iyun 2022
Baxış: 716
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş