Xəbər lenti
Reklam
Türkmənistan prezidenti xəzinə tapmağa KÖMƏK ETDİ

 

Türkmənistan alimləri qədim Mehne şəhərində xəzinə tapıblar. İddia edirlər ki, onlara prezident Qurbanqulu Berdıməhəmmədov kömək edib.

Dövlət başçısı “Türkmənistan – böyük İpək Yolunun ürəyi” kitabında Mehne haqda yazmışdı. Berdıməhəmmədovun çoxcildliyinin ikinci kitabı keçən il nəşr olunmuş
Foto: Turkmenistan.gov.tm
du. Alimlər iddia edirlər ki, xəzinənin tapılması prezidentin yazdığı kitabın sayəsində mümkün olub.
Qədim şəhərin qalıqları arasında 91 gümüş pul tapılıb. Pullardan 47-nin üzərində Elxani hökmdarı, Hülaki xanın oğlu Abaqa xanın, 36-nın isə türk qəbiləsi Arqunun adı yazılıb. Pulların əks tərəfində ya şir, ya da öküzə bənzər məxluqun şəkli var. Gümüş pulların 13-cü əsrə aid olduğu ehtimal edilir.
İndi Berdıməhəmmədov 55-ci kitabını yazır. Kitab alabay növündən olan küçüklərə həsr olunub. \\Bizimyol.info

Tarix: 15 iyul 2019
Baxış: 36461

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş