“Location”dakı partlayışda xəsarət alan əcnəbi qadın o imiş... - FOTO
Məlum olduğu kimi, “Location” gecə klubunda baş verən partlayış zamanı xəsarət alanlardan ikisi xarici ölkə vətəndaşıdır. Bunlar biri italiyalı Vikili Valeri, digəri isə seneqallıdır. Partlayışdan sonra yaralılarla bağlı siyahıda Seneqal vətəndaşının adı qeyd olunmamışdı.
Gecə klubunda baş verən partlayışda ağır xəsarət alan qadının adı Sameeradır. O, sözügedən klubda rəqqasə kimi fəaliyyət göstərirmiş. Bundan başqa, afrikalı qadın model kimi də çalışıb. Sameera hətta müğənnilərdən birinin klipinə də çəkilib.
Qeyd edək ki, Seneqal vətəndaşı partlayışdan sonra Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.
Qafqazinfo
Tarix: 09 aprel 2022
Baxış: 272
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş