Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
“İşığı söndürdü, bir neçə saniyədən sonra qucağında idim…” – Stalinin məşuqəsi olmuş aktrisanın xatirələri
                                                   
“Mənim artıq az yaşım yoxdur və siz yeganə adamsınız ki, mən ömrümün qalan illərini sizinlə birgə keçirmək istəyirəm. Siz buna etiraz etmirsiniz?” – bu, Stalinin Vera Davıdova qarşısında sevgi etirafı idi. Məşhur aktrisa isə bu etirafa susqunluqla cavab verib. Stalin susmağı razılıq əlaməti kimi qəbul edib. Amma bəlkə bu “razılıq” qorxu hissindən irəli gəlib, bəlkə də içdiyi bir neçə qədəh şərabın təsirindən…


Tanınmış siyasətçilərin, dövlət xadimlərinin siyasi fəaliyyətləri ictimaiyyətə nə qədər açıq və geniş təqdim olunubsa, onların şəxsi həyatları haqqında məlumatlar bir o qədər qapalı saxlanılıb. Məşhurlar şəxsi həyatlarının, xüsusilə sevgi macəralarının, bu münasibətlərin baş qəhrəmanları olan məşuqələrinin gizli qalmalarına nə qədər çalışsalar da, zaman-zaman bu “fəaliyyətləri” haqqında məlumatlar cəmiyyətin içinə yol tapıb. Heç Stalin kimi amansız bir diktator da şəxsi münasibətlərinin məxfiliyini təmin edə bilməyib.
SSRİ-nin ən çətin və mürəkkəb bir dövründə ölkəyə rəhbərlik etmiş İosif Stalin hələ gənc yaşlarından qadınlara münasibətində fəallığı nəzərəçarpacaq dərəcədə olub. Dəfələrlə sürgünə göndərilən Stalin hətta Rusiyanın ən ucqar əyalətlərində belə neçə-neçə qadını öz ehtirasının qurbanı etməyi bacarıb. Təbii ki, onun belə ötəri sevgi oyunlarında toruna düşdüyü xanımlara qarşı heç bir ciddi münasibəti olmayıb. Hətta 1914-cü ildə Turuxan sürgünü zamanı yaşadığı qadından bir oğlu olmasına baxmayaraq, sürgündən qaçandan sonra Stalin onların taleyi ilə maraqlanmayıb. Eyni vəziyyət Solçiveqos əyalətində də təkrar olunub. Orada da Stalin yaşadığı evin sahibəsinə bir oğul bəxş edib. Çox-çox sonralar kimin övladları olduqlarını bilən uşaqlar bu haqda danışmaq istəyəndə Stalinin göstərişi ilə susmaları “məsləhət” görülüb.
Vəfatından sonra Stalinin “sevgi” dəftərinə yazılmış çoxsaylı qadınlardan bir-ikisi cəsarət taparaq xatirələrində Kobanın çox ehtiraslı bir kişi olduğunu söyləyiblər. Təsadüfi deyil ki, Stalinin həyat yoldaşının müəmmalı ölümündən sonra onun tibbi-qeydiyyat qovluğuna baxış keçirərkən orada 11 dəfə abort olunması haqda arayışlar olub.
Çoxsaylı qadınlar arasında Stalinin daha ciddi münasibət göstərdiyi və qarşısında sevgi etirafı etdiyi xanım Vera Davıdova olub. Opera müğənnisi olan Vera Davıdova ilə Stalinin tanışlığı Böyük Teatrda baş tutub. Onda Stalinin 54, Veranın isə 28 yaşı olub. Müğənninin uğurlu çıxışından sonra Stalin ona böyük gül buketi göndərib. Sevincdən gözləri dolan Vera Davıdova sonra fəxri lojaya dəvət olunub. Stalin möhtəşəm şıxışına görə Vera Davıdovaya təşəkkürünü bildirib və onu Moskvaya, Böyük Teatrda işləməyə dəvət edib. Bu haqda düşünmək lazımdır deyən Vera Davıdova bir aydan sonra Leninqraddan Moskvaya köçüb. Paytaxta köçən kimi Stalinin göstərişi ilə dərhal 3 otaqlı mənzillə təmin edilib və digər problemləri həll olunub.

Elə həmin il Kremldə yeni il gecəsində çıxış edəcək incəsənət nümayəndələrinin siyahısına Vera Davıdovanın da adı salınıb. Konsert proqramından sonra aktrisa Kremldəki banketə də dəvət alıb. Ona Stalinlə Voroşilovun arasındakı kürsüdə yer göstəriblər. Banket gecədən xeyli keçmişə qədər davam edib. Vera Davıdova getməyə hazırlaşanda paltosunun cibindən “Manejin yanında gözləyin. Sürücü sizi aparacaq” yazılmış kiçik bir kağız parçası tapıb. Vera əvvəlcə yazılanlara məhəl qoymasa da, sonda bu müəmmalı “göstəriş”ə əməl edib. Həmin gecə onu Stalinin bağ evinə aparıblar. Vera Davıdova öz xatirələrində həmin günü belə xatırlayıb:
“Çox həyəcan keçirirdim. İçimdə bir qorxu hissi də var idi. Qonaq otağına daxil olanda Stalin zəhmli səsi ilə məni salamladı və stola dəvət etdi. Stol çox təmtəraqla bəzədilmişdi. Qış vaxtı təzə meyvələrdən tutmuş müxtəlif delekateslər, cürbəcür içkilər, bir sözlə hər şey düşülmüşdü stolun üstünə. Böyük məmnunniyyətlə təamların dadına baxdım, bir neçə qədəh şərab da içdim. Şərabın təsirindən özümü bir az sərbəst hiss etməyə başladım. Stol arxasında çox söhbət etmədik. Stalin yalnız onu dedi ki, göstəriş verəcəm sizə şərab, ikra, şirniyyat və təzə meyvə-tərəvəz gətirsinlər. Kiçik fasilədən sonra o üzünü mənə tutdu:

Vera sizinlə söhbətim var, keçək o biri otağa. Həm də mənim iş otağımla tanış olarsınız.
Təkliflə razılaşdım. Biz o biri otağa keçdik. Orada bir divan, bir də yazı stolu var idi. Mən üzümü ona tutub dedim:
Eşidirəm sizi.
Mən işığı söndürmək istəyirəm. Çünki qaranlıqda fikirlərimi daha yaxşı ifadə edirəm.
O, mənim rəyimi gözləmədən işığı söndürdü. Artıq bir neçə saniyədən sonra mən onun qucağında idim…”
Beləliklə, Stalinlə Vera Davıdovanın arasında yeni il gecəsi başlayan eşq macərası düz 19 il davam edib. Stalin dəfələrlə Vera Davıdovanın qarşısında ona ürəkdən bağlı olduğunu etiraf edib. Bu etirafın cavabı olaraq Vera Davıdova da özünü 20-ci əsrin ən nəhəng siyasətçilərindən biri olan Stalindən əsirgəməyib. Bütün bunlarla yanaşı Vera Davıdova Stalinin sayəsində çox şeylərə nail olub, mükafatlar, fəxri adlar, xüsusi güzəşt və imtiyazlar.
Stalinin aktrisaya qarşı qısqanclığı elə bir həddə çatıb ki, o, Vera Davıdovaya göz salan dövlət məmurlarını, marşal və generalları cəzalandırmaqdan belə çəkinməyib.

Zəngin həyata öyrəşən, heç vaxt “yox” cavabı almayan aktrisa Stalinin vəfatından sonra özünü Moskvada narahat hiss edib. Yəqin ki, elə bu səbəbdən də o, milliyətcə gürcü olan həyat yoldaşı ilə birgə Gürcüstana köçüb.
Vera Davıdova uzun bir ömür yaşayıb, aktrisa 1993-cü ildə, 86 yaşında Tbilisidə vəfat edib./ Gündem.az
Tarix: 18 mart 2022
Baxış: 329

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş