Redaktor seçimi
    Poroşenko məhkəmədə yuxuladı - VİDEO
Xəbər lenti
Reklam
Donuz ürəyi köçürülən adamın keçmişi hər kəsi təəccübləndirdi: "o layiq deyil" - FOTO

Bir neçə gün əvvəl dünyada ilk dəfə donuz ürəyi köçürülən ABŞ vətəndaşı ilə bağlı yeni məlumatlar üzı çıxıb.
Baltimordakı Merilənd Universitetinin tibb mərkəzində keçirilən əməliyyatla donuz ürəyi köçürülən Devid Bennet daha əvvəl cinayət törədib.
Bennet 1988-ci ildə Lesli Dauney Şumakerin kiçik qardaşı Edvard Şumakeri yeddi dəfə bıçaqlayıb. E.Şumaker bu hücumdan sonra iflic olub. O, daha sonra 2005-ci ildə insult keçirib və 2007-ci ildə 41 yaşında vəfat edib.
Lesli qardaşını bıçaqlayan şəxsə ürək köçürüldüyünü eşidəndə xeyli təəssüflənib:
“Ed əzab çəkdi. Bu, illərlə ailəmin mübarizə aparmaq məcburiyyətində qaldığı travma idi. Devid Bennet 6 il məhkumluq yaşadıqdan sonra həyatına davam etdi. İndi də ikinci bir qəlblə yenidən şansı var. Amma məndən soruşsanız, o ürəyin daha çox layiq olan birinə köçürülmüş olmasını arzulayaradım”, - deyə o yerli mətbuata bildirib.
Məhkəmə vaxtilə Bennetin Şumakerin ailəsinə 3.4 milyon dollar təzminat ödəməsinə qərar versə də, Dauney ailəsinin heç vaxt bu pulu almadığını söyləyib.
Tibb etikası ekspertləri isə düşünür ki, hər hansı bir xəstənin keçmişi bu cür qərarların verilməsində əhəmiyyət daşımır.
Nyu York Universitetinin professoru Artur Kəplan deyib ki, çox vaxt orqan köçürülməsi zamanı onların keçmişdə hansısa cinayət məsuliyyətinə cəlb edilib-edilməməsinə baxılmır.
O, həmçinin xəstəyə hansısa insanın deyil, donuz ürəyini köçürüldüyünü xatırladıb: “Ona donuz ürəyi köçürüldüyü üçün başqa yerlərdə hansısa yaxşı bir insan  yaşamaq şansını itirməyib”.





Ölkə.Az 


Tarix: 14 yanvar 2022
Baxış: 31

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]