Münasibətlər müxtəlif səbəblərdən başa çatır, ailələr dağılır. Son zaman boşanmaların artması münasibətlərin hansı səbəbdən korlandığı, sevib ailə quran cütlüklərin nəyə görə boşanma qərarı aldığına dair düşünməyə vadar edir.
Psixoloq Castin Şanfarber öz məqaləsində "Qadınlar nə istəyir?" sualına cavab tapmağa çalışıb.
Münasibətlərdə böhranla bağlı olan çoxsaylı problemlər fonunda kişilər sadəcə bir şeyi bilməlidirlər. Qadın hətta sevdiyi insanı belə tərk edir və bu faktdır.
Düzdür, bu, qadına əzab verir. Ürəyini parçalayır. Özünə nifrət etməsinə səbəb olur. Lakin bu, yenə də baş verir. Gec və ya tez qadın sevdiyi kişidən gedə bilər.
Uşaqlar, ev, əmlak və kapital - bütün bunlar artıq özünü müstəqil hesab edən biri üçün maneə deyil.
Qadın ailəni müxtəlif səbəblərdən dağıdır. Ən böyük səbəb isə bəsitdir - kişi onun yanında deyil!
O, işdədir, balıq tutmağa gedib, ovdadır, dostları ilə pivə içir - bütün bunlar qadın üçün önəmli deyil. Hətta o, çox önəmli iş dalınca gedibsə belə, bu artıq münasibətlərin bünövrəsinə zərbədir.
"O, yanımda deyil, o, lazım olan anda yoxdur. Mən təkəm" - Məhz belə qorxunc düşüncələr münasibətlərin pozulmasına gətirib çıxarır.
Ayrılığa səbəb heç də o demək deyil ki, qarşı tərəf pis tərəf müqabili və ya məsuliyyətsiz biridir. O, diqqətcil, yaraşıqlı, seksual fəal ola bilər. Kişi möhtəşəm ata, ailənin müdafiəçisi də ola bilər. Və buna baxmayaraq, kişi yenə də öz qadınını itirə bilər.
Niyə?
"Kimsə sadəcə gələ və məni döyə bilər. Məni zorlaya bilər. Məni qarət edə və ya alçalda bilər" - kişilər yanında olmayanda əksər qadınlar məhz belə düşünür.
Belə bir ehtimal onları sadəcə qorxutmur. Təkcə hücuma məruz qala bilmə barədə düşüncə qadını göz yaşı həddinə çatdırır. Bəli, qadın çox şey tələb edir. Lakin o, əşya, investisiya deyil. Qadın anlaşılan və asan yerinə yetirilə bilən şərt qoya bilər.
"Bəzən mənim yanıma cütlüklər gəlir. Kişilər demək olar ki, hər zaman susur. O, razıdır. Çünki rasional düşünür. Onun ailəsi, karyerası, uşaqları, sevimli avtomobili - hər şey nəzarəti altındadır. Hər şey qaydasındadır. Qadın isə mənəvi olaraq tükənib. Qadın yaxınlıq hiss etmək istəyir. Ehtiras! İstək yox, ona və həyata qarşı ehtiras... Bu dünyada hər zaman onun yanında birinin dayandığını hiss etmək...", deyə psixoloq əlavə edir.
Qadına başqa bir tərəfdən baxmağa çalışın. Onda şəxsiyyəti görün.
Buna baxmayaraq, kişi məşğuldur. İş, ev, televizor və soyuducudakı pivə... Kim dedi ki, qadın çətin şəxsiyyətdir? Tamamilə yanlış fikirdir. Hazırlaşmaq, kosmetika, manikur - budur onun maraq sferası, elə deyil?
Deməli, qadınlar nə istəyir? Sualın cavabı çox bəsitdir. Sadəcə, sevdiyi kişinin yanında olmasını... \\Qafqazinfo.az