Milli Məclis deputatının köməkçisi Melenanı ermənicə təbrik etdi - FOTO
Deputat Tural Gəncəliyevin köməkçisi Samir Məmmədov "Eurovision Junior"un qalibi olan erməni yeniyetməni ermənicə təbrik edib.
O, sosial şəbəkədəki təbrikində "Musiqi dünyəvidir. Təbriklər, Melena",- deyə yazıb.
Onun bu təbrikinə çox sayda oxucu etiraz edib.
İnsanlar onu ermənini təbrik etdiyinə görə qınaq atəşinə tutublar. Samir Məmmədov saytımıza açıqlamasında "Bəli, təbrik etmişəm, amma bununla bağlı açıqlama verməyə ehtiyac görmürəm. Qısa formada fikirlərim yazılıb və düşünürəm ki, xüsusi açıqlamaya ehtiyac yoxdur".
Cebhe.info
Tarix: 20 dekabr 2021
Baxış: 236
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş