"Porsche" 300-dən çox avtomobili GERİ ÇAĞIRDI
"Porsche" şirkəti Rusiyada 319 avtomobili geri çağırıb.
Qərar avtomobilin kuzovunun ön hissəsində qeydə alınan qüsurlarla əlaqədardır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2016-cı ilin iyulundan 2019-cu ilin yanvarınadək Rusiyada satılmış "Boxster" və "Cayman" modellərinə şamil olunur.
Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək. \\trend
Tarix: 26 iyun 2019
Baxış: 549
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş