Pandemiyanı dəqiqliklə görən astrofizikdən PROQNOZ – “XXI əsr insanlığın sonu ola bilər”.
Britaniyalı astrofizik, lord Martin Ris hesab edir ki, insanlıq çətin ki, XXI əsri normal yaşayıb başa vursun.
“Bəşəriyyət hər il daha yeni özünüməhvetmə üsulları tapır və hər dəfə onları həyata keçirmək yolları axtarır” – deyə o, hələ 2003-cü ildə yazdığı “Bizim son saatımız” kitabında yazıb.
Alim hesablayıb ki, 2100-cü ilə kimi Yer üzü əhalisinin ən azı 30%-i aradan gedəcək.
Bunun səbəbi isə yeni texnologiyaların potensialı və qəsdən atılan addımlar olacaq.
Beləliklə, Ris ölümcük virusun olacağını dəqiqliklə deyən azsaylı alimlərdəndir.
Covid 19-dan ölənlərin sayı 2 ildə 200 milyonu keçib. Daha 100 milyon insanın da vəfat edəcəyi gözlənilir.
Martin Ris hesab edir ki, pandemiya qlobal qeyri-stabilliyin resepti idi. Dünyada ədalətsiz qeyri-bərabərlik artır.
2021-ci ildə o, Kembric universitetində planetin məhvinə səbəb olan hadisələrin inkişafını öyrənən ekstremal risklər mərkəzini yaradıb.
“XXI əsr – planetin gələcəyini təyin edən ilk əsrdir. Bəşəriyyətə yönəlmiş təhlükə 2 hissəlidir: kollektiv təhlükə - insanların özünə vurduğu zərər, iqlim dəyişikliyi, qlobal istiləşmə, texnologiyalar və bir tərəfli təhlükə: hansısa bir qüvvənin, şəxsin kimyəvi, bioloji kiberhücumu.
XXI əsr tarixin ən təlatümlü dövrü olacaq, sakit il gözlənilmir".
Ris insanlara 50-50-ə şansı verir. Kütləvi məhv olma elə bu yüzillikdə olacaq.
2018-ci ildəki”Gələcək haqqında” kitabında o, belə yazıb.
“İndiki pandemiya gözlənilməz deyildi. Çox alimlər bu barədə illər öncə xəbərdar etmişdi. Ümumilikdə gözlənilir ki, bu tip infeksion xəstəliklər alovlanması və epidemiyalar hər 10-12 ildən bir olacaq. Odur ki, Kovid ilk və sonuncu dünyəvi pandemiya deyil”.
Maraqlısı da budur ki, elə Britaniya covid kimi virusun olacağı barədə SARS-Cov virusu meydana çıxmamışdan öncə məlumatlı idi.
2002-ci ildə ser Martin Rus 2020-ci il dekabrın 31-dən yer üzündə biolaboratoriyadan sızma nəticəsində fövqəladə fəlakət baş verəcəyini dəqiqliklə proqnozlaşdırmışdı.
Ris proqnozunu Long Bets saytında dərc etmişdi, hətta 2017-ci ildə məşhur amerikalı linqvist alim Stiven Pinker heç bir biofəlakət olmayacağını deyərək, bu proqnozuna 400 dollar mərc də qoymuşdu. Təbii ki, o mərci Risə uduzdu.
İnsanlığı gözləyən təhlükələr siyahısında Ris 3 yer ayırıb. 1- pandemiyalar, 2- iqlim dəyişikliklərinə qarşı tədbirsizlik, yanlışlar, 3- kiberhücumlar və proqram təminatında dünyəvi pozulmalar.
Hazırda biz birinci təhlükənin canlı şahidləriyik. \\MEDİCİNA,AZ