Kreml Azərbaycanı “düşmən” elan etməyə hazırlaşır? – SƏBƏB
Zəngəzur dəhlizinin açılmasında qərarlıyıq - AKP-dən mesaj
Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaralanmış, mülklərini itirmiş, əsirlikdə və girovluqda olmuş zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər - FOTO
Sən demə, qarğıdalını səhv bişiririk - QAYDA/VİDEO
Bugünədək qarğıdalını yanlış bişirdiyinizi bilirdinizmi? Təqdim edəcəyimiz reseptlə qaynatdığınız qarğıdalıların dadından doymayacaqsınız. Bir neçə qızıl qaydaya əməl edərək qarğıdalını daha ləzzətli bişirin. 1. Qarğıdalıları bişirməzdən əvvəl 3-4 hissəyə bölün. Bu çox vacib şərtdir. 2. Hissələri bişirəcəyiniz qazana töküb, su ilə doldurun. 3. Su qaynayanda qazana 1 fincan süd və 1 x/q kərə yağı əlavə edin. 4. Qarğıdalını təxmini 10 dəqiqə də südlü, yağlı suda bişirib, ocaqdan götürün. Bu qədər! Süd ətirli qarğıdalını ənənəvi qaydada duz səpərək yeyin. \\Publika.az