Xəbər lenti
Reklam
Minlərlə əşyanın sadəcə fotosunu çəkməklə bir neçə dildə tərcümə edir - VİDEO
 
Minlərlə əşyanın sadəcə fotosunu çəkməklə bir neçə dildə tərcümə edir
Bu tətbiqin istifadəçiləri hər hansı əşyanın şəklini çəkməklə bir neçə xarici dildə onun qarşılığını öyrənə bilərlər. Süni zəka sisteminə əsaslanan proqramın interfeysi işləmə mexanizminə görə də çox sadədir.
"Artificial eye" adlı proqramı yazan Ülvi Nüsal deyir ki, süni zəka sistemi ilə işləyən tətbiqlərə hər zaman marağı olub. Bu sahədə araşdırma apararkən məlum olub ki, Azərbaycan dilində işləyən belə bir proqram yoxdur. Hazırda proqrama xarici ölkələrdən də böyük maraq var. Proqram İOS siteminin appstore mobil mağazasında top 10-luqdadır.
Ülvi Nüsal deyir ki, xarici dil öyrənmək istəyənlərin də proqrama marağı çoxdur. Hazırda proqram Azərbaycan, türk, rus, ingilis, italyan, ispan və fransız dillərində işləyir. Yaxın vaxtlarda proqrama başqa dillər də əlavə olunacaq. \\xezerxeber.az


Tarix: 21 iyun 2019
Baxış: 495

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş