Xəbər lenti
Reklam
Dünyada sərvəti 100 milyard dollar olan üçüncü şəxsin adı AÇIQLANDI
 
“Louis Vuitton Moët Hennessy” (LVMH) moda evinin sahibi, fransalı Bernard Arno tarixdə varidatı 100 milyard dollar həddinə çatmış üçüncü insan adını alıb.Bloomberg-in məlumatına görə, hazırda Arnonun sərvəti 100,4 milyard dollar təşkil edir, son bir gündə o, 3 milyon əlavə gəlir əldə edib.
İlin əvvəlindən Arnonun aktivləri LVMH-nin aksiyalarının 43 faiz yüksəlməsi nəticəsində 32 milyard dollar artıb.
Bloomberg-in tərtib etdiyi milyarderlər siyahısında Arnonun adı üçüncü pillədə qərarlaşıb. Onun adını 106 milyard dollarla “Microsoft” şirkətinin sahibi Bill Geyts üstələyib. Dünyanın ən varlı adamı adı isə “Amazon” şirkətinin təsisçisi Ceff Bezosdur. Onun 119 milyard dolları var.
Forbes-in hesablamalarına görə isə Arnonun 97,3 milyard dollar, Bill Geytsin 102,4 milyard dollar, Bezosun isə 156,2 milyard dollar sərvəti var.\\Oxu.az
Tarix: 19 iyun 2019
Baxış: 524

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş