Sentyabr gəlişi ilə bir çox bürclərə uğur gətirəcək.
Bürclərlə bağlı proqnozları təqdim edirik.
Qoç - Vədinə həmişə əməl etmək lazımdır. Çətinliklər olacaq. Hətta yorulmaq da mümkündür. Amma zəhmətlə çox çətinliyin öhdəsindən gəlmək olur. Hərdən yaxınlara qulaq asmaqda fayda var.
Buğa - Köhnə tanışlarla görüşlər xoş keçəcək. Ümumiyyətlə, ay qənaətbəxş axarla yadda qalacaq. Qohumlarla, uşaqlarla asan dil tapmaq olacaq.
Əkizlər - Hər hansı yüksək mövqeyə çatmaq üçün uzun yol gedilməlidir. Sentyabrda mövqeləri qorumaq zamanıdır. Maliyyə vəziyyətini çox da yaxşılaşdırmaq alınmayacaq.
Xərçəng - Gərginlik olacaq. Xüsusilə iş yerində. Amma bu bürcdən olanlar vəziyyətdən səmərə ilə çıxa bilər. Borclar varsa, qaytarmaq gərəkdir.
Şir - Çox diqqətli olmaqda fayda var. Sənəd işlərində buna xüsusi ehtiyac yaranacaq. Qohumlar və qonşularla münasibətlərdə də diqqətli olmaq lazımdır. Yeni iş təklifi gəlsə, imtina etmək məsləhətdir. Təbii ki, əvvəlki iş qaneedicidirsə.
Qız - Öz imkanlarından yaxşı istifadə etmək yalnız uğur gətirə bilər. Həyatdakı yer barədə düşünməyin zamanı gəlib. Düşünülmüş, düz qərarlar verilməsi sonradan yaxşı nəticə ortaya qoyacaq.
Tərəzi - Elə etmək lazımdır ki, sevimli insan sizə həmişə güvənsin. Sentyabrın xüsusilə ilk 18 günündə çoxlu xoş anlar bəxş edəcək günlər gözlənilir. Əyləncəyə çox pul xərclənəcək.
Əqrəb - Yaradıcı yanaşma çox hallarda xeyir gətirir. Tale də bu bürcdən olanların üzünə güləcək. Qarşı cinsdən daha çox diqqət gözlənilir.
Oxatan - Çoxdan hazırlanan layihələr qazanc gətirə bilər. Ayın sonlrında xərclər artacaq. Dostlarla görüş zövq verəcək.
Oğlaq - İşdə maksimum fəallıq tələb olunacaq. Düzgün və vaxtında qidalanmaq məsləhətdir. Borclar haqda da unutmaq olmaz.
Dolça - Sevimli insanla münasibətlər gərgin keçəcək. Ümumiyyətlə, sentyabr Dolçalar üçün arzuolunan ay sayılmalı deyil. Bu zaman kəsiyini birtəhər geridə qoymaq vacibdir.
Balıqlar - Bu bürcdən olanlar təklikdə çox qalmasın. Bir çox şəxsi planları dəyişmək lazım gələcək. Ümumiyyətlə, payızda Balıqlar bir çox vacib qərarlar verməlidir. /azerforum.com