Rusiya DİN-in Ekstremizmə qarşı mübarizə idarəsinin əməkdaşları məndən dəfələrlə soruşublar ki, niyə erməniləri sevmirəm?
Bu sözləri tanınmış rusiyalı tarixçi alim, hərbi ekspert Oleq Kuznetsov qeyd edib.
O bildirib ki, zamanla bu suala onda universal cavab formalaşıb:
“Mən – aliməm, Qafqazı öyrənirəm, ermənilər – mənim elmi marağıma daxil olan obyektdir və bir alim kimi, öz tədqiqat obyektimi sevməyə bilmərəm. Mən erməniləri sevirəm – necə ki, entomoloq tarakanları və hörümçəkləri sevir, çünki onları öyrənir”. Bu cavabım nəticədə hamını razı saldı”.
Kuznetsov bildirib ki, hazırda başqa qurum ondan başqa söz soruşur:
“İndi mənim elmi maraq obyektimlə bağlı digər qurum – Rusiya FTX-si başlayıb maraqlanmağa ki, mən xarici ölkəyə pulla işləyən “xarici agent” deyiləm ki?
Onlar üçün belə bir cavab hazırlamışam: Mən bonistəm, xarici ölkələrin əsginazlarının kolleksiyaçısıyam, ona görə də mənim hobbimə mane olmaq olmaz. Hələlik, bu cavabım da hamını qane edir”. \\KONKRET