Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
63 yaşlı azərbaycanlı nazir yarışda: 12 min metr üzdü- FOTO

63 yaşlı azərbaycanlı nazir yarışda: 12 min metr üzdü
Müdafiə sənayesi naziri Mədət Quliyev yığma üzvləri ilə birgə üzgüçülük marafonuna qatılıb.
Gender.az xəbər verir ki, bu barədə Fanat.Az-a üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürəhmanov məlumat verib. Yığmamızın çalışdırıcısı üzmə həvəskarı olan 63 yaşlı nazirin təşəbbüsü ilə həftənin şənbə günləri Xəzər dənizində yarış təşkil olunduğunu bildirib.
Əbdürəhmanov indiyədək iki dəfə belə marafon keçirildiyini diqqətə çatdırıb. Nazir və yığma üzvləri ilk olaraq 8 min, bu gün baş tutan yarışmada isə 4 min metr məsafəni qət ediblər. 
Baş məşqçinin sözlərinə görə, bu, bir aksiyadır və keçirilməsində əsas məqsəd ölkədə insanları sağlam həyat tərzinə təşviq etmək və marafon üzgüçülüyünün inkişafına təkan verməkdir. Əbdürəhmanov üzmə həvəskarlarını onlara qoşulmağa çağırıb.

63 yaşlı azərbaycanlı nazir yarışda: 12 min metr üzdü

Tarix: 21 avqust 2021
Baxış: 262

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş