13 yaşlı oğlan elə bir orqanında diş çıxardı ki...
Moskvanın Morozovski uşaq xəstəxanasında tibb elmində nadir görünən hallardan biri qeydə
alınıb. Xərçəng şişi şübhəsi ilə xəstəxanaya göndərilmiş 13 yaşlı uşağın xayalığında hiss etdiyi bərk şişin əslində diş olduğu məlum olub. Həkimlərin ümumi rəyinə əsasən bu 7-ci aşağı arxa dişlərdən biri olub.
13 yaşlı oğlan bədənində ağrımayan, lakin hiss olunacaq dərəcədə möhkəm olan kütləni özü aşkarladıqdan sonra ailəsi mütəxəssislərə müraciət edib. Həkimlər öncə xərçəng şişinin yaranmasından şübhələniblər. Lakin araşdırmalar və təhlillər onkoloji şişin olmasını istisna edib.
Yad cismin bədəndən xaric edilməsi üzrə aparılan əməliyyat zamanı uşağın xayasından görünüşünə görə adi dişdən fərqlənməyən diş çıxarılıb. Tibb elmində bu hal teratoma termini ilə tanınır.
Morozovski uşaq xəstəxanasının baş həkimi İqor Koltunovun fikrinə görə, dişin bu şəkildə yerləşməsinə embrion səviyyəsində yaranmış xəstəlik səbəb olub. Yəni anomaliyanın əsası hələ ana bətnində qoyulub. \\Oxu
Tarix: 10 iyun 2019
Baxış: 532
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş