Xəbər lenti
Reklam
Facebook, WhatsApp və İnstagram “Huawei”də işləməyəcək – Çin şirkətinə sanksiyalar davam edir
ABŞ-ın hökumətinin Çinin “Huawei” telekommunikasiya şirkətinə tətbiq etdiyi sanksiyaya “Facebook” şirkəti də qoşulub.

“Reuters”in məlumatına görə, “Google” şirkəti “Huawei”yə verdiyi “Android” əməliyyat sistemi dayanadıracağını açıqladıqdan sonra, “Facebook” şirkəti də “Facebook”, “WhatsApp” və “Instagram” tətbiqlərinin “Huawei” smartfonlarında işləməyəcəyini elan edib.

Bu qərar hazırda istehsal olunmuş məhsullara deyil, bundan sonra istehsal olunacaq smartfonlara şamil olunacaq. Hazırda “Huawei” telefonlarında yüklənilmiş “Facebook”, “WhatsApp” və “Instagram” yenə də problemsiz şəkildə işləməyə davam edəcək.

Qeyd edək ki, “Intel”, “Broadcom”, “Qualcomm”, “Infineon Technologies” və “Xilinx” kimi şirkətlər də “Huawei” ilə əməkdaşlığı dayandırıblar.
 
Tarix: 07 iyun 2019
Baxış: 581

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş