17 yaşlı qız evtanaziyaya MÜRACİƏT ETDİ
Niderlandda 17 yaşlı qız evtanaziyaya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanın öz istəyi ilə həyatına son qoymaq qərarı və həmin qərarın bu işdə maraqlı olmayan şəxs tərəfindən yerinə yetirilməsi evtanaziya adlanır –red.) müraciət edib.
Bu haqda “The Daily Mail” nəşri bildirib.
Bildirilir ki, qız posttravmatik stress pozuntusu (bir və ya bir neçə son dərəcə təhlükəli və ya fəlakət xarakterli stress hadisəsi və ya vəziyyəti nəticəsində inkişaf edir –red.), depressiyadan və anoreksiyadan əziyyət çəkirdi. Onun uşaqlıqda və yeniyetmə yaşında seksual zorakılığa məruz qaldığı deyilir.
Həkimlər qızın 17 yaşı tamam olmasından iki gün sonra ölümcül inyeksiyanı ediblər. Ölkədə məhz bu yaşdan sonra evtanaziya üçün valideynlərin icazəsi tələb olunmur.
Noanın bu qərarı haqqında sonradan xəbər tutan valideynləri şoka düşüblər. \\Publika.az
Tarix: 05 iyun 2019
Baxış: 519
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş