Tez ailə qurmaq faydalıdır - ALİMLƏRDƏN MARAQLI AÇIQLAMA
Mütəxəssislər həmişə maraqlı və faydalı kəşflərlə diqqət mərkəzində olublar. Əksəriyyəti isə səhhətimiz üçün faydalıdır.Daha iki maraqlı məsləhəti təqdim edirik:
TEZ EVLƏNMƏK SAĞLAMLIĞA XEYİRDİRABŞ-da yerləşən Penn-Steyt Universitetinin alimləri hesab edirlər ki, ailə qurmağın ən normal vaxtı 18-25 yaş arasıdır. Bu yaşda ailə həyatı qurmaq gənclərin və onların gələcək övladlarının sağlamlığı üçün yaxşıdır. Psixoloqlar 8 min gənc ailə arasında apardıqları sorğudan sonra bu qənaətə gəliblər. Belə ki, 18-25 yaş arası evlənən gənclər öz uşaqları ilə mehriban olurlar, onlar depressiyaya düşmür, ailələrində söz-söhbət az olur. Eyni zamanda gənclər bilməlidirlər ki, tez ailə qurmaq, təhsili sona yetirmək demək deyil. Siz həm işlərinizi qaydasında görə, həm də uşağınıza qayğı göstərə bilərsiniz.
NƏ QƏDƏR ÇOX XƏRCLƏSƏN, O QƏDƏR DƏ XOŞBƏXT OLACAQSANBritaniya Kalumb Universitetinin alimləri əmindirlər - İnsan nə qədər çox xərcləyirsə, bir o qədər çox xoşbəxt olur. Alimlər 623 nəfər arasında sorğu aparıblar və onlara suallar ünvanlanıb: "İl ərzində siz nə qədər pul xərcləyirsiniz və nə alırsınız?". "Siz nə qədər xoşbəxtsiniz?". Sorğu zamanı məlum olub ki, sən demə, ən xoşbəxt insanlar xeyirxahlıq, dostları və qohumları üçün pul xərcləyənlərdir. Alimlər bu qənaətə gəliblər ki, əliaçıq insanlar xoşbəxt olur və onlar hamıya yaxşılıq etməyi sevirlər. \\Medicina.az
Tarix: 05 iyun 2019
Baxış: 12549
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş