Redaktor seçimi
    Yeni Klinikanın direktoru orqanlarını bağışladı
Xəbər lenti
Reklam
Məmurlara saçlarını qırxdırmaq və başa milli papaq qoymaq TAPŞIRILDI

Türkmənistanda məmurlara saçlarını qırxdırmaq və başlarına milli papaq qoymaları tapşırılıb.
Bu, prezident Qurbanqulu Berdımuhammedovun atasının vəfatı ilə  bağlıdır. Bu barədə Azadlıq radiosunun türkmən redaksiyası məlumat yayıb.
Bu qayda prezidentin yas mərasimindən sonra ictimaiyyət arasına saçı qırxılmış və milli papaqda göründükdən sonra qoyulub. Məlikqulu Berdımuhammedov mayın 18-də 88 yaşında vəfat edib. Türkmənistan SSR-də hökumətində çalışmış Məlikqulu daxili qoşunların ehtiyatda olan polkovnik leytenantı idi.
Atasının vəfatından sonra prezident 7 gün TV-də və ictimaiyyət arasında görünməyib. Türkmən atlarının və alabay itinə həsr edilmiş milli bayram onsuz keçirilib. Mərasimə oğlu Sərdar rəhbərlik edib.
Prezident özü yas mərasiminə 2015-ci ildən ölkədə qeyri-rəsmi qadağan olunmuş qara rəngli avtomobildə gəlib. \\Azpost.info

Tarix: 29 may 2021
Baxış: 347

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş