Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Yəhudilərin niyə həmişə pulu olur? - 9 səbəb
                                      

Nobel mükafatçılarının 32%-ini yəhudilər təşkil edir, 400 varlı amerikalıdan 100-ü yəhudidir, "Forbes” siyahısını bəzəyənlərin əksəriyyəti  isə yəhudi mənşəlidir. Axı niyə onlar heç vaxt yoxsul olmur? Bəlkə, varlanmağın sirrinə vaqifdirlər?

Necə hərəkət edəcəyinizi  bilmirsiniz?  Yəhudidən məsləhət alın. Yaxşı repetitor, yaxud həkim tapmaq istəyirsiniz? Yəhudidən xəbər alın. Axı bu millətin nümayəndələrinin  həmişə "qiymət-keyfiyyət” nisbəti baxımından ideal mütəxəssis tanışları olur. Bir də hesab olunur ki, onlar heç vaxt pulsuz olmur.
 
Yəhudilərin bineyi-qədimdən sələmçi olması da heç kəsçün sirr deyil.
 

"Pullu yəhudilər” fikri bir tərəfdən antisemitizm (yəhudilərə qarşı  düşmən münasibət) mifidir. Sözügedən mif hələ erkən xristianlıq dövründə, yəhudilər sələmə pul verən yeganə xalq olduğu zamanlarda meydana gəlib. Xristianlar hesab edirdilər ki, belə etmək olmaz, çünki faizə pul vermək zamanı satmaq deməkdir, zamansa yalnız Tanrıya məxsusdur.
 

Digər tərəfdən, bu müəyyən dərəcədə doğrudur. Yəhudilər əksər sahələrdə uğur qazanır. Bəs bu niyə baş verir?
 

Gender.az mövzuyla bağlı maraqlı araşdırmanı oxucularına təqdim edir.

Bir çoxları bu suala cavab axtarıb. Amerikalı analitik Stiven Silbiger hətta bu mövzuda kitab da yazıb və izahı olmayan bu şanslılığı "yəhudi fenomeni" adlandırıb. Saysız-hesabsız araşdırmalardan sonra ekspertlərin əksəriyyəti yəhudilərin şanslılığının bir neçə sütun üzərində bərqərar olduğu fikri ilə razılaşıb.

1. Yəhudi anaların əksəriyyəti övladlarını dəstəkləyir və onlara təzyiq göstərmir
 

Kiçik yaşlarından uşağa bənzərsiz olduğu fikri aşılanır. İnsanın seçilmiş olması və buna görə məsuliyyət daşıması fikri onu irəli aparır. Psixoloqlar və pedaqoqlar  bunun uşağın psixikasına müsbət təsir göstərdiyini  düşünürlər.

2. Yəhudilərin pula fərqli tarixi münasibətləri var

Xriristianlara xas "dəvənin iynə gözündən keçməsi varlı bir insanın Tanrı Səltənətinə daxil olmasından daha asandır” (red. Müqəddəs Kİtabdan) fikri yəhudilərə yaddır.
 

3. Yəhudilər səbatsız lideri iş başında saxlamırlar

Xristianlığın formalaşması dövründə yəhudilər İsanı məsih (red. xilaskar) kimi tanımayan yeganə təkallahlı oldular. Çünki iudaizmə görə, peyğəmbər xalq qarşısına xütbələrlə deyil, konkret hərəkətlərlə çıxmalı və özünü sübut etməlidir: iqtisadiyyatı nizama salmalıdır, sosial problemləri aradan qaldırmalıdır. Yəhudilərin bir işin və ya ölkənin başında səbatsız lider saxlamasına mane olan da məhz tarixən formalaşan  materialist dünyagörüşləridir.

4. Onlar mənəvi çaxnaşmaya enerji sərf etmirlər

İudaizm "A”-dan "Z”-yə qədər bütün addımların - necə yuyunmalı, nə yeməli, nə vaxt və necə yatmalı, neyçün  yaşamalı- əvvəlcədən müəyyən edildiyi ortopraksik (red.davranış qaydalarına və rituallara riayət olunmasını rəhbər tutur) dindir. Mənəvi çaxnaşmalara mümkün qədər az vaxt sərf edib ekzistensial böhran yaşamadıqda işə daha çox zaman ayıra bilirsən.
 

5. Yəhudilər çox oxuyurlar
 

Bu millət öz inkişafına böyük həssalıqla yanaşır. Yəhudilər daim oxuyub öyrənirlər. Ən əsası isə qazanılan  biliklərdən istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.

6. Onlar bir-birinə qarşı mehriban olur və bir-birini dəstəkləyir

Yəhudilər tarix boyu sıxışdırılıb, təqiblərə və soyqırımına məruz qalıb. Bu ağır sınaqlar millətə həmrəy olmağı, öz soydaşlarına kömək edib, dəstəkləməyi öyrədib. Ağır dönəmlərdə yəhudiləri yaşadan, məhv olmağa qoymayan məhz bu xüsusiyyət olub.
 

Hazırda dünyanın hər yerində yəhudi icmaları mövcuddur. Onlar cəmiyyətdəki yaxın münasibətlər sayəsində ahəngdar mental vəziyyət əldə edilir. Bir-birilə qırılmaz əlaqədə olan yəhudilər zamanında emosional dəstək alırlar,  bu da onlara hədəflərə çatmaqda və pul qazanmaqda kömək edir.

7. Yəhudilər alver etməyi bacarır

Yəhudilər pulun dəyərini bilir və bu üzdən heç bir məhsula dəyərindən artıq pul vermirlər. 
 

8. Yəhudilər lovqğalanmağı xoşlamır

Pul sakitliyi xoşlayır və yəhudilər bunu bilir. Yəhudiyə baxanda onun varlı, yaxud kasıb olduğunu müəyyən etməkdə çətinlik çəkirsən və bu doğru taktikadır. Çünki insan nə qədər sadə geyinsə, bir o qədər az diqqət cəlb edər, artıq suallara da tuş gəlməz.
 

9. Onlar özlərinə güvənir
 

Yəhudilərin mübahisədə yenilməz olduğuna dair bir çox lətifə var. Biznesdə bu keyfiyyət xüsusi rol oynayır. Tərəfdaşını inandırmağı bacaran insan hər zaman uğur əldə edəcək./ Sfera.az
 
Tarix: 24 may 2021
Baxış: 541

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş