Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Aslan Hüseynovun öldüyü qəzada təhlükəsizlik yastığı niyə açılmayıb? – “BMW”-dən açıqlama

Xəbər verdiyimiz kimi, müğənni Aslan Hüseynov ötən gün yol qəzasında vəfat edib. 
 
Qəzadan sonra avtomobilin görüntüləri bir sıra müzakirələrə səbəb olub. Belə ki, A.Hüseynovun idarə etdiyi “BMW’ markalı avtomobilin təhlükəsizlik yastıqları açılmayıb. 
Nəzərə alsaq ki, “BMW’ dünyada ən təhlükəsiz avtomobillərindən biri hesab olunur, qəza zamanı sözügedən avtomobillərdə təhülkəsizlik yastıqlarının açılmaması mümkün deyil.
“BMW’-nin Azərbaycanda rəsmi və eksklüziv idxalçısı olan “İmprotex Motors” şirkətinin direktor müavini Ziya Mahmudov baş verən hadisə ilə bağlı saytımıza bunları deyib:
“Burada əsas məqam avtomobilin hadisədən öncə hansı vəziyyətdə olmasıdır. Görünür ki, yeni avtomobil deyil. Yeni istehsal olunan avtomobillərdə belə hadisələrin olması ehtimalı azdır. Təəssüf ki, Azərbaycana ABŞ və digər ölkələrdən yüzlərlə qəzaya düşmüş avtomobillər gətirilir. Bu avtomobillərin sözügedən ölkələrdə istifadəsi qadağandır. Lakin Azərbaycana gətirilir, dövlət nömrə nişanı verilir və istifadə olunur. Nəticədə belə xoşagəlməz hadisələr yaşanır”.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə bildirib ki, müasir avtomobillərdə qurulan yeni sistem təhlükəsizlik yastıqlarının açılması üçün mütləq şəkildə təhlükəsizlik kəmərinin taxılmasını tələb edir:
“İlkin ehtimala görə, Aslan Hüseynov təhlükəsizlik kəmərindən istifadə etməyib. Mərhumun köhnə videolarına baxdıq, ifaçı avtomobil idarə edərkən çox vaxt təhlükəsizlik kəmərindən istifadə etməyib və ya normalara uyğun olmayan səviyyədə istifadə edib. Hiss olunur ki, təhlükəsizlik kəmərini sırf çəkiliş xatirinə taxıb.
Dünya təcrübəsində yol-nəqliyyat hadisələri araşdırılarkən bir məsələyə xüusi diqqət yetirilir ki, insan neçə saat istirahət edib? Bizim qanunvericilikdə 4 saatdan artıq maşın sürmək olmaz. Aslan da anasının dəfnindən qayıdırdı, yorğun olub, nəticədə ağır qəza baş verib.
Əgər texniki baxışdan sonra məlum olsa ki, avtomobilin istehsalında hansısa texniki qüsuru olub, müğənninin yaxınları ‘BMW’ şirkətinə qarşı müəyyən iddia qaldıra bilərlər. \\Redaktor.az

Tarix: 05 may 2021
Baxış: 347

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş