Meymun bulvarda insanlara hücum etdi - Ölən və xəsarət alanlar var
Hindistanın Badnavar şəhərində 9 gün ərzində vəhşi meymun insanlara hücum edib.
Hücumlar şəhər bulvarının mərkəzi hissəsində qeydə alınıb.
Hücum nəticəsində meymunun dişlədiyi 60 yaşlı kişi ölüb, daha 9 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra şəhərdə meriyaya qarşı etiraz aksiyası başlayıb. İnsanlar şəhər merindən təhlükəsizliyə cavabdeh olmağı tələb ediblər.
Polis meymunun neytrallaşdıraraq heyvanlar üçün sığınacağa yerləşdirilməsinə nail olub.
Tarix: 24 may 2019
Baxış: 777
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş