Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Zelenski Krımı Avropanın problemi adlandırdı – “Birlikdə olmalıyıq”
                                  
Ukrayna prezidenti Vladimir Zelenski, Polşa (Ancey Duda), Estoniya (Kersti Kalyulayd), Litva (Gitanas Nauseda) və Latviya (Eqils Levits) liderləri ilə diskussiya zamanı Avropada Krım uğrunda müharibənin davam etdiyini bildirib.
 
Gender.az xəbər verir ki, onun bəyanatı  Ukrayna lideri ofisinin saytında dərc olunub.

"Ukraynanın bir hissəsi, bizim Krım yarımadası ilhaq edilibsə, ölkəmizin şərqində müharibə gedirsə, demək, Avropada da  müharibə gedir. Bizim birlikdə olmağımız çox vacibdir”, - deyə  Zelenski bildirib.
 

Varşavada keçirilən "Xalqların xoşbəxtliyi ədalətli qanunlara əsaslanır, qanunların səmərəliliyi isə onların icrasından asılıdır”  mövzulu diskussiya zamanı Ukrayna prezidenti vurğulayıb ki, Ukrayna Avropa Birliyini daha da gücləndirəcək qüdrətli  dövlətdir./Sfera.az
Tarix: 04 may 2021
Baxış: 339

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş