Xəbər lenti
Reklam
Bayden yenə diqqət mərkəzində - Bu dəfə cibindəki maskanı tapa bilmədi
                                             
Bayden kütlə qarşısında çıxışını yekunlaşdıraraq tribunadan aralanmaq istədi, amma ciblərini ələk-vələk edib axtardığını tapa bilmədi.
 

Gender.az xəbər verir ki, bu zaman isə Corciya ştatından olan senatorlar və xanımı onun köməyinə yetişdilər.

"Maskamı tapa bilmirəm. Problemim var”,- deyə Bayden tribunadan bildirib. Bayden birgə səylər nəticəsində tapılan maskanı izləyicilərə göstərib.
 

Xatırlayırsınızsa, bir müddət əvvəl təyyarənin trapında baş verən olay amerikalıları təəccübləndirmişdi. Belə ki, təyyarəyə qalxan Bayden müvazinətini saxlaya bilməmiş və az qala, yıxılsın.
 

Bundan əlavə,  ABŞ prezidenti dəfələrlə tabeliyində olan şəxslərin adlarını və vəzifələrini yaddan çıxarıb. Misalçün, dövlət başçısı bir neçə dəfə vitse-prezident Kamala Harrisi prezident adlandırıb./Sfera.az
Tarix: 30 aprel 2021
Baxış: 296

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş